Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında sənədlər imzalanıb
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında investisiya, müdafiə sənayesi, enerji, müdafiə və rabitə sahələrində müqavilələr imzalanıb.Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyalar, müdafiə sənayesi, enerji və rabitə sahələrində sənədlər imzalanıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın görüşündən sonra sənədlər imzalanıb.
Marja xəbər verir ki, Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu Prezident yanında İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih imzalayıblar.
Türkiyə Rabitə Müdirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyi arasında kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun və Səudiyyə Ərəbistanının media naziri Salman bin Yusuf Al-Dawsari imzalayıblar.
Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi arasında Əməkdaşlıq Planı Sənədini Milli Müdafiə Naziri Yaşar Gülər ilə Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Əl-Səud imzalayıb.
Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında enerji sahəsində Anlaşma Memorandumunu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl-Səud imzalayıblar.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Baykar arasında Əməkdaşlıq Sazişi Baykar-ın baş direktoru Haluk Bayraktar və Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari tərəfindən imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)








