“Cəlilabad Məişət” və "Xudat Kəndnəqliyyat" özəlləşdirildi
Mayın 2-də keçirilən hərracda 20 dövlət əmlakı özəlləşdirilibİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 2-də keçirilən növbəti hərraca müxtəlif obyektlər, o cümlədən nəqliyyat vasitələri çıxarılıb. Budəfəki hərracda 2 səhmdar cəmiyyətin səhm paketləri, 1 obyekt və 17 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə hərraclara qatılmaq imkanı alıcıların marağını artırır. Bütün bunlar isə hərracı daha da rəqabətli edir. Mayın 2-də keçirilən hərracda avtomobillərdən birinin qiyməti 3 dəfə çox artıb. Belə ki, start qiyməti 11 000 manat olan “Mercedes Benz Sprinter” markalı avtomobilə ən son təklif 36 000 manat olub.
Hərracda özəlləşdirilən səhmdar cəmiyyətlərinin səhm paketləri “Cəlilabad Məişət” ASC-yə və "Xudat Kəndnəqliyyat" ASC-yə məxsusdur.
Özəlləşdirilən obyekt isə Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən mağazadır. Əmlakın ümumi faydalı sahəsi 108 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
2 may hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 231 156 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 16 və 23 may tarixlərində keçiriləcək və satışa 57 əmlak çıxarılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






