Özbəkistanın nümayəndə heyəti “AzerGold” QSC-nin qonağı olub
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin Strateji müəssisələrin transformasiyasının əlaqələndirilməsi departamentinin rəhbəri Mansurxoca Yusupxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə iştirak edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev qonaqları salamlayaraq, ötən ay Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunu məmlunluqla xatırlayıb. Forum çərçivəsində “AzerGold” QSC ilə və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan Anlaşma və Razılaşma Memorandumunun iki dost-qardaş ölkənin dağ-mədən sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri açdığını diqqətə çatdırılıb. X.Fərzəliyev Cəmiyyətin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkür edən Mansurxoca Yusupxocayev mütəmadi olaraq keçirilən bu tip görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Qonaq hər iki ölkə arasında dərinləşən iqtisadi əlaqələrdən bəhs edib, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlar təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib.
Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Regionlararası Müfəttişliyinin rəisi Feruz Əhmədov Özbəkistanda icra edilən vergi islahatları və onun biznesin, xüsusilə sənayenin inkişafına təsiri barədə danışıb.
Daha sonra iki ölkə arasında dağ-mədən sektoruna investisiyaların cəlb olunması üçün vergi qanunvericiliyi sahəsində məlumat mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)






.jpg)




