“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
“Bank Respublika” I rübdə əsas maliyyə göstəriciləri üzrə nəzərəçarpacaq artım əldə edib.Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizə görə, hesabat dövrünün yekunlarına əsasən, Bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.
Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.
Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş etdirib.
2026-cı ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:
· Aktivlər 18% artaraq 2,64 mlrd manat təşkil edib;
· Məcmu kapital 13,5% artaraq 264,05 mln manat olub;
· Kredit portfeli 9% artaraq 1,64 mlrd manat təşkil edib;
· Xalis faiz gəlirləri 15,2% artaraq 47,2 mln manat olub;
· Xalis əməliyyat mənfəəti 22,7% artaraq 22,4 mln manat səviyyəsinə çatıb;
· Xalis mənfəət 17,7% artaraq 17,03 mln manat təşkil edib.
· Depozit portfeli 1,2 mlrd manat olmuşdur ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
· I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,15% (norma 6,5%)
· Məcmu kapitalın adekvatlıq əmsalı - 13,23% (norma 12,5%)
· Leverec əmsalı - 7,57% (norma 5%)
· Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,77% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.
Qeyd edilib ki, 2026-cı ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)









.jpg)
