“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
“Nova Credit Bank Olmayan Kredit Təşkilatı”nın qeyri-faiz gəlirləri təxminən 857 dəfə artması kredit şirkətinin zərərdən mənfəətə keçməsinə və ili 23 milyon manata yaxın xalis mənfəət ilə başa vurmasına səbəb olub. Gəlir göstəricilərinə gəlincə, təşkilatın faiz gəlirləri 2025-ci ildə 6,5 min manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 5,5 min manat və ya 553% artıb. Əsas artım qeyri-faiz gəlirlərində qeydə alınıb. 2025-ci ildə qeyri-faiz gəlirləri 31 milyon 851 min manat təşkil edib. 2024-cü ildə isə bu göstərici cəmi 37,2 min manat idi. Beləliklə, qeyri-faiz gəlirləri 31 milyon 814 min manat və ya 85 500%-dən çox artıb.“Nova Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin mənfəət göstəricilərində 2025-ci ildə kəskin artım qeydə alınıb. Marja.az xəbər verir ki, Şirkət 2024-cü ili 72 min 534 manat xalis zərərlə başa vurduğu halda, 2025-ci ildə 22 milyon 997 min 203 manat xalis mənfəət əldə edib. Beləliklə, maliyyə nəticəsində 23 milyon 69 min 737 manatlıq yaxşılaşma baş verib.
Vergidən əvvəlki mənfəət isə 2024-cü ildə 72 min 534 manat zərər olduğu halda, 2025-ci ildə 28 milyon 726 min manat mənfəətə yüksəlib. Bu, təxminən 28 milyon 798 min manatlıq artım deməkdir.
Şirkətin bölüşdürülməmiş mənfəəti də ciddi şəkildə artıb. 2024-cü ildə 82 min 429 manat həcmində yığılmış zərər qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 22 milyon 915 min manat mənfəətə çevrilib. Beləliklə, göstəricidə 22 milyon 997 min manatlıq müsbət dəyişiklik baş verib.
Qeyri-faiz gəlirləri 2024-cü ildəki 37 min 179 manatdan 2025-ci ildə 31 milyon 851 min 228 manata yüksəlib. Artım məbləğ ifadəsində 31 milyon 814 min manat, faiz ifadəsində isə təxminən 85 min 570% təşkil edib. Başqa sözlə, qeyri-faiz gəlirləri təxminən 857 dəfə artıb.
Faiz gəlirləri isə 1 min 2 manatdan 6 min 544 manata yüksələrək 5 min 542 manat və ya 553% artım göstərib. Bu da təxminən 6,5 dəfə artım deməkdir.
Şirkətin cəmi kapitalı və ehtiyatları 917 min 571 manatdan 31 milyon 915 min manata çatıb. Artım 30 milyon 997 min manat və ya 3 min 378% olub. Başqa sözlə, kapitalı təxminən 34,8 dəfə böyüyüb.
Maliyyə hesabatına görə, 2025-ci ildə BOKT-un cəmi aktivləri 137 milyon 499 min 275 manata çatıb. Bu göstərici 2024-cü ilin sonundakı 1 milyon 87 min manatlıq aktivlərlə müqayisədə 136 milyon 412 min manat və ya təxminən 12 554% artım deməkdir.Aktivlərin əsas hissəsini müştərilərə verilmiş kreditlər formalaşdırıb.
Təşkilatın kredit portfeli 2025-ci ildə kəskin böyüyərək 135 milyon 599 min manata yüksəlib. 2024-cü ildə bu göstərici cəmi 157 min 878 manat idi. Beləliklə, kredit portfeli illik müqayisədə 135 milyon 441 min manat və ya 85 800%-dən çox artıb.
Pul vəsaitləri və onların ekvivalentləri isə əksinə azalıb. 2024-cü ildə 827,6 min manat olan bu göstərici 2025-ci ildə 259,7 min manata düşüb. Azalma məbləğ ifadəsində 567,9 min manat, faiz ifadəsində isə 68,6% təşkil edib.
“Nova Credit”in öhdəlikləri də sürətlə artıb. 2025-ci ilin sonunda təşkilatın cəmi öhdəlikləri 105 milyon 585 min manata çatıb. Halbuki, 2024-cü ilin sonunda bu göstərici 169 min manat idi. Beləliklə, öhdəliklər 105 milyon 415 min manat və ya 62 300%-dən çox artıb.
Maliyyə sektoru qarşısında öhdəliklər 99 milyon 856 min manat təşkil edib. Büdcə və digər məcburi ödənişlər üzrə öhdəliklər isə 5 milyon 728 min manat olub.
Şirkətin kapital mövqeyi də əhəmiyyətli şəkildə güclənib. Cəmi kapital və ehtiyatlar 917,6 min manatdan 31 milyon 915 min manata yüksələrək 30 milyon 997 min manat və ya 3 378% artıb.
Nizamnamə kapitalı 1 milyon manatdan 9 milyon manata çatdırılıb. Bu isə 8 milyon manat və ya 800% artım deməkdir.
Bölüşdürülməmiş mənfəət isə 2024-cü ildəki 82,4 min manat zərərdən 2025-ci ildə 22 milyon 915 min manat mənfəətə keçib.
"Nova Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC 22.05.2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankından (“AMB") 04.10.2023-cü il tarixdə kreditlərin verilməsi, habelə BOKT haqqında Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verən lisenziya almışdır. Sonradan təşkilatın ünvanının dəyişdirilməsi ilə əlaqədar cəmiyyətə 28.10.2024-cü il tarixdə BKT-45 saylı yeni lisenziya verilmişdir. Təşkilatın nizamnamə kapitalı 9 milyon manat təşkil edir. Təşkilatın ofisi AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 3G, "RED Plaza"da yerləşir. "Nova Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğludur.
"Nova Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC faktorinq və istehlak krediti məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)







.jpg)









