Volkswagen İrana geri qayıdır
2000-ci ildə İrandan çıxan Volkswagen, İrana qarşı sanksiyaların qismən qaldırılmasının ardından ölkəyə qayıtmaq qərarı verib. Şirkət, növbəti aydan etibarən İranda avtomobil satışına yenidən başlayır.
"Marja" xəbər verir ki, Volkswagen ilə İranlı tərəfdaşı "Mammut Khodro" arasında imzalanan müqaviləyə əsasən ilk olaraq Tiguan və Passat modelləri satışa çıxarılacaq. Avtomobillər Tehran və ətraf səkkiz nöqtədə satışa təqdim olunacaq.
Volkswagen-dən Anders Sundt Jensen, markanın İrana qayıdaraq avtomobil dünyasında əhəmiyyətli bir boşluğu dolduracağını deyib.
İrana sanksiyalar səbəbilə bir çox avtomobil istehsalçısı uzun illərdir ölkəyə satış etmirdi. Avtomobil parkı xeyli "yaşlı" olan İranda 1000 nəfərə 100 avtomobil düşür. Avropa Birliyində bu nisbət 1000-ə 600-dür.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
36 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























