970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb

RABİTƏBANK İSLAM İNKİŞAF BANKI QRUPUNA DAXİL OLAN İSLAM TİCARƏT MALİYYƏ KORPORASİYASI İLƏ 10 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ MALİYYƏLƏŞMƏ SAZİŞİ İMZALAYIB.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

16–19 iyun tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumunda (PSF 2026) Rabitəbank üçün mühüm əhəmiyyət kəsb edən növbəti beynəlxalq əməkdaşlıq razılaşması əldə olunub.

Marja.az Banka istinadən xəbər verir ki, Forum çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə Rabitəbank arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə razılaşması imzalanıb.

Yeni maliyyələşmə xətti Azərbaycanın real sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin ticarət əməliyyatlarının maliyyələşdirilməsinə, bizneslərin dövriyyə kapitalına çıxış imkanlarının genişləndirilməsinə və alternativ maliyyə həllərinin inkişafına dəstək verəcək.

Forumun “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı panel müzakirəsində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov spiker qismində çıxış edərək Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, alternativ ticarət maliyyələşdirmə alətlərinin yaratdığı imkanlar və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşüb.

Aydın Hüseynov bildirib ki, Rabitəbank İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığa 2023-cü ildən başlayıb və həmin il ITFC ilə ilk 10 milyon ABŞ dolları məbləğində saziş imzalanıb. Daha sonra 2024-cü ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə növbəti əməkdaşlıq razılaşması əldə olunub. Bu tərəfdaşlıqlar bankın İslam maliyyəsi məhsullarının hazırlanması və bazara təqdim olunması istiqamətində mühüm təcrübə qazanmasına şərait yaradıb.

Çıxışında İslam maliyyəsinin yalnız dini prinsiplərə üstünlük verən sahibkarlar üçün deyil, bütün biznes subyektləri üçün alternativ maliyyələşdirmə aləti olduğunu vurğulayan Aydın Hüseynov qeyd edib ki, bu sahə xüsusilə KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni beynəlxalq kapital mənbələrinin cəlb olunması və sərhədlərarası ticarətin inkişafı baxımından böyük potensiala malikdir.

O, həmçinin vurğulayıb ki, İslam maliyyəsinin inkişafı istiqamətində Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi Rəqəmsal Tənzimləyici “Sandbox” mexanizmi innovativ maliyyə məhsullarının tətbiqinə əlverişli şərait yaradıb. Məhz bu platforma vasitəsilə Rabitəbank cari ilin Fevral ayından etibarən Murabaha və Mudaraba məhsullarının satışına başlayıb. Hazırda Rabitəbank Azərbaycanda Murabaha və Mudaraba məhsullarını birlikdə təqdim edən ilk və yeganə bankdır.

Qeyd edək ki, Rabitəbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirərək ölkədə alternativ maliyyə həllərinin inkişafına, sahibkarlığın maliyyələşdirilməsinə və Azərbaycan biznesinin beynəlxalq ticarət imkanlarının artırılmasına töhfə verməyə davam edir. Bank ölkənin aparıcı kommersiya banklarından biri olaraq fərdi və korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Bank innovativ həllər, beynəlxalq tərəfdaşlıqlar və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq müştərilərinə müasir bankçılıq xidmətləri göstərir.

“Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat Bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior“Rabita Businesstətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

İş elanları AzVak.az-da

Rabitəbank ITFC Rabitəbank maliyyələşmə Rabitəbank 10 milyon dollar ITFC Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası İslam İnkişaf Bankı İslam İnkişaf Bankı Qrupu Özəl Sektor Forumu PSF 2026 Bakıda Özəl Sektor Forumu Rabitəbank İslam maliyyəsi Azərbaycanda İslam maliyyəsi İslam maliyyəsi məhsulları Murabaha Mudaraba Rabitəbank Murabaha Rabitəbank Mudaraba alternativ maliyyələşmə ticarət maliyyələşməsi KOB maliyyələşməsi kiçik və orta sahibkarlıq real sektorun maliyyələşməsi bizneslərin dövriyyə kapitalı dövriyyə kapitalına çıxış beynəlxalq maliyyə institutları İslam maliyyəsi alətlər
18.06.2026 09:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19