Veysəloğlu Şirkətlər Qrupu tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edildi
Veysəloğlu Şirkətlər Qrupu Fonda 100 min manat ianə edib.(®) Veysəloğlu Şirkətlər Qrupu ölkənin dayanıqlı inkişafını dəstəkləyəcək daha bir istiqamətdə fəaliyyətə başladı. Belə ki, Şirkətlər Qrupu tərəfindən Qarabağ Dirçəliş Fonduna 100 min manat məbləğində ianə edildi.
Bu barədə Veysəloğlu Şirkətlər Qrupunun təmsilçisi Jalə Əzizova bunları vurğulayıb: “Tam səmimiyyətlə deyirəm ki, ölkə və cəmiyyətimiz üçün dəyər yaratmaq biznes fəlsəfəmizin əsasını təşkil edir. Qarabağın dirçəldilməsində bizim də rolumuzun olması qürurvericidir”.
Maliyyə dəstəyi ilə yanaşı, Veysəloğlu Şirkətlər Qrupu işğaldan və müharibədən zərər görmüş ərazilərin bərpasına yönələn birgə layihələr də həyata keçirmək niyyətindədir.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Cəmiyyət üçün dəyər yaratmaq, gələcək nəslin daha yaxşı bir dünyada yaşamasına töhfə vermək və insanların sosial rifahını dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.
Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılıb. Fond qeyd olunan istiqamətlərdə nəticələrin əldə olunması üçün maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
17 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)





.jpg)






