“Buta-Group”un aqroparkında hər hektar üzrə orta məhsuldarlıq 40-45 ton kartof təşkil edir
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə kartof yığımına başlanılması ilə əlaqədar “Buta-Group” MMC-nin İsmayıllı rayonunda yerləşən aqroparkına və Qazax rayonunda əmtəəlik kartof təsərrüfatı sahəsinə media nümayəndələrinin tanışlıq səfəri təşkil olunub.
Media nümayəndələrinə bildirilib ki, İZİA-nın idarəçiliyində olan “Buta-Group” MMC-nin İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən aqroparkının ümumi ərazisi 224 hektardır və aqropark kartof toxumçuluğu üzrə ixtisaslaşıb. Aqroparkda gücü saatda 40 ton olan kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti qurulub, ümumi tutumu 9700 kubmetr olan soyuducu anbar kompleksi yaradılıb.
2021-ci ildə aqroparkda 7 min ton kartof, 150 ton arpa və buğda istehsal edilmişdirsə, 2022-ci ilin ötən dövründə 283 ton buğda və 257 ton arpa məhsulu əldə edilib. Arpa üzrə orta məhsuldarlıq 3,5 ton, buğda üzrə isə 6 ton olub. Bu il aqroparkın 42 hektarında toxumluq kartof əkilib və yaxın günlərdə məhsulun yığımına başlanılacaq.
KİV nümayəndələri “Buta-Group” MMC-nin Qazax rayonun II Şıxlı kəndində yerləşən əkinçilik təsərrüfatında aparılan əmtəəlik kartof yığımı prosesi ilə də tanış olublar. Diqqətə çatdırılıb ki, əkin sahələrinin hər hektarı üzrə orta məhsuldarlıq 40-45 ton kartof təşkil edir. Aqroparkda əsasən Almaniyadan gətirilmiş Bernina, Colomba, Çelencer kartof toxumları əkilib. 42 nəfərin daimi, 260 nəfərin isə mövsümi işlə təmin edildiyi aqroparkda 11 ədəd texnika və 37 ədəd aqreqat mövcuddur. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədinə əsasən, aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 390 min manata qənaət edib. İndiyədək aqroparka 10 mln. manatdan çox investisiya yatırılıb.
Qeyd edək ki, hazırda respublikanın 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.
Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır. Aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində elmi yanaşma və qabaqcıl texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması və maya dəyərinin aşağı salınması, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması və ixrac potensialının artırılması ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.
Dövlət tərəfindən aqroparkların yaradılmasında və inkişafında hərtərəfli dəstək tədbirləri həyata keçirilir. Bu çərçivədə indiyə qədər 25 aqroparka fəaliyyətinin qurulması və genişləndirilməsi üçün 184 mln. manat dövlət güzəştli kredit vəsaitləri ayrılmış, investisiya təşviqi sənədi almış 26 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39.8 mln. manat qənaət (gömrük rüsumu və ƏDV) əldə edib.
Aqroparkların yaradılması ölkədə yeni iş yerlərinin açılmasına böyük töhfə verir. Hazırda aqroparklarda ümumi olaraq 4 491 nəfər daimi, 6 303 nəfər isə mövsümü işlə təmin olunub, gələcəkdə əlavə 5 000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
9 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)

.jpg)



