BakıKart artıq ABB mobile-da!
(®) Müştərilərinin həyat tərzi tərəfdaşı olan ABB daha bir mühüm yeniliyini təqdim edib. Artıq ABB mobile tətbiqində QR-la ictimai nəqliyyatdan istifadə imkanı da var. Belə ki, ABB mobile istifadəçiləri tətbiqə daxil olub saniyələr içində QR bilet yaradaraq nəqliyyat ödənişlərini çox rahat həyata keçirə bilərlər.
Fiziki BakıKart balansının ABB mobile tətbiqindən artırılması funksiyası da çox yaxın vaxtlarda mümkün olacaq.
Qeyd edək ki, ABB son illər həyat tərzi bankçılığının mühüm tərkib hissəsi kimi səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplamaqdadır. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən TravelCard məhsulundan, ödənişlərdən millər qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM xidmətini, eləcə də müxtəlif istiqamətlərə sərfəli aviabiletləri rahat şəkildə tapıb elə tətbiqdən almaq imkanı yaradan DigiTravel xidmətini təqdim edib.
ABB mobile tətbiqində QR-la ictimai nəqliyyatda gedişhaqqı imkanının yaradılması da ölkəmizdə həyat tərzi bankçılığının inkişafına, sərnişinlərin rahatlığına, yeni müştəri təcrübələrinin formalaşmasına xidmət edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
14 d. əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
56 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
1 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























