“PMD Projects” MMC Beynəlxalq İdarəetmə Sertifikatlarına layiq görülüb
(®) “PMD Projects” MMC ölkəmizdə tikinti sahəsində fəaliyyət göstərən müxtəlif yaşayış binalarının, mehmanxanaların, iaşə obyektlərinin, eləcə də, kənd təsərrüfatı təyinatlı layihələrin idarə edilməsi və inkişafı istiqamətində ixtisaslaşmış qabaqcıl şirkətlərdəndir.
Əsası qoyulduğu 2018-ci ildən etibarən “PMD Projects” MMC tərəfindən icra olunan tikinti layihələrində PMI, RIBA, RICS, FIDIC, ISO kimi beynəlxalq təşkilatların standartları tətbiq olunur. Beynəlxalq standartlar çərçivəsində “PMD Projects” MMC Beynəlxalq Standartlaşdırma təşkilatı (ISO) tərəfindən hazırlanmış və dövlətlərarası miqyasda qəbul olunan idarəetmə standartlarının tələblərinə uyğunluğu nəticəsində nüfuzlu ISO 45001:2018 və ISO 14001:2015 sertifikatlarına layiq görülərək növbəti uğuruna imza atmışdır.
Sözügedən ISO 45001:2018 və ISO 14001:2015 sertifikatlarının təltif olunması, “PMD Projects” MMC-nin sağlamlıq və təhlükəsizlik risklərinin müəyyən edilməsi, ciddi şəkildə nəzarət edilərək idarəolunması, həmçinin resurslardan daha səmərəli istifadə edilməsi, tullantıların azaldılaraq ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartların tələblərinə cavab verdiyinin sübutudur.
Şirkətin həyata keçirdiyi layihələr çərçivəsində ciddi şəkildə tətbiq edilən sağlamlıq, təhlükəsizlik və ətraf mühit protokollarının beynəlxalq miqyasda tanınması, davamlı təkmilləşməyə sadiqliyin və peşəkar komandanın göstərdiyi böyük səyin nəticəsidir. Bu sertifikatların alınması “PMD Projects” MMC-nin fəaliyyətlərində son dərəcə əhəmiyyətli nailiyyət hesab olunaraq, peşəkar xidmətlər təqdim etmək öhdəliyini nümayiş etdirir.
Həmçinin qeyd olunmalıdır ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur və hazırda təşkilata 165 ölkə üzvdür. Bu da o deməkdir ki, ISO 45001:2018 və ISO 14001:2015 standartının tələblərinə uyğunluq sertifikatının əldə edilməsi bütün üzv ölkələrdə tanınır və beynəlxalq bazarlara çıxmaq üçün mühüm amillərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
15 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
36 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
41 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
48 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)










.jpg)








