Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi

Şirkət artıq elektron pulun emissiyası da daxil olmaqla ödəniş xidmətlərinin tam spektrini həyata keçirmək hüququ qazanıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) MSolution Azərbaycan Respublikası Mərkəzi Bankından elektron pul təşkilatı lisenziyası əldə edib. Bu, şirkətin ödəniş bazarındakı statusunu yüksəldən və fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə artıran mühüm addımdır.

Mərkəzi Bankın İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə MSolution-un əvvəlki ödəniş təşkilatı lisenziyası daha geniş səlahiyyətlər nəzərdə tutan elektron pul təşkilatı lisenziyası ilə əvəzlənib.

Yeni lisenziya ilə MSolution ekvayrinq, vasitəçilik və hesab üzrə məlumat xidmətləri ilə yanaşı, ödəniş hesabına nağd vəsaitin mədaxili və məxarici, ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, pul köçürmələri və elektron pulun emissiyası üzrə xidmətlər təqdim edə bilər.

Şirkət MultiPay brendi ilə dövlət və özəl sektor üçün ödənişlərin idarə olunması, toplanması, paylanması və inteqrasiyası üzrə həllər təqdim edir. Şirkətin portfelində Mobil Notariat, Elektron Hərrac Portalı, MyGov, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr, bələdiyyə, mənzil-kommunal istismar sahələri üzrə layihələr, eləcə də özəl qurumlar və digər bizneslər üçün hazırlanmış həllər yer alır. Elektron pul təşkilatı lisenziyası bu istiqaməti daha da gücləndirir və şirkətə govtech və hibrid həllər üzrə yeni ödəniş infrastrukturları qurmaq imkanı verir.

Şirkət bildirir ki, elektron pul təşkilatı lisenziyasının əldə olunması müştərilərə daha geniş, dayanıqlı və müasir ödəniş həlləri təqdim etmək istiqamətində yeni imkanlar açır.

MSolution MultiPay elektron pul təşkilatı elektron pul lisenziyası Mərkəzi Bank Azərbaycan Mərkəzi Bankı ödəniş xidmətləri elektron pul emissiyası ödəniş təşkilatı ödəniş bazarı ekvayrinq xidməti pul köçürmələri ödəniş hesabı nağd vəsaitin mədaxili nağd vəsaitin məxarici ödəniş alətləri hesab üzrə məlumat xidmətləri ödəniş infrastrukturu rəqəmsal ödənişlər fintech govtech hibrid ödəniş həlləri Multi Solutions Mobil Notariat Elektron Hərrac Portalı MyGov AYNA Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr bələdiyyə ödənişləri kommunal ödənişlər dövlət ödənişləri özəl sektor ödənişləri ödənişlərin idarə olunması ödənişlərin toplanması ödənişlərin paylanması ödəniş inteqrasiyası müasir ödəniş həlləri dayanıqlı ödəniş sistemləri rəqəmsal maliyyə xidmətləri
20.06.2026 16:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19