Yeni sədri "PAŞA Bank"ın maliyyə vəziyyətini açıqladı
"PAŞA Bank" ASC 2021-ci ili 74 milyon 932 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 83 milyon 968 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, bu barədə 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev və "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş maliyyə İnzibatçısı Bəhruz Nağıyev məlumat veriblər. Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev 9 iyun 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edilib ki, 2021-ci ildə Türk lirəsinin devalvasiya olması səbəbindən bankın Türkiyə Respubliksaında olan törəmə şirkətinə kapital investisiyası 22,4 milyon manat dəyərsizləşmişdir. Dəyərsizləşmə zərəri nəzərə alınmadıqda bankın xalis mənfəəti 97 milyon 290 min manat təşkil edib. Ötən il xərclərin gəlirə nisbəti 44,9%, hər işçiyə düşən gəlir 97,24 min manat, xərclərin aktivlərə nisbəti isə 2% olub.
GÜRCÜSTANDA ZƏRƏRİ AZALIB, TÜRKİYƏDƏ XALİS MƏNFƏƏTİ ARTIB
2021-ci ili "PAŞA Bank Gürcüstan" 2 milyon 124 min manat xalis zərər, "PAŞA Bank Türkiyə" isə 9 milyon 398 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci ili "PAŞA Bank Gürcüstan" 10 milyon 749 min manat xalis zərər, "PAŞA Bank Türkiyə" isə 7 milyon 651 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən ilin sonunda "PAŞA Bank Türkiyə" 60 nəfərlik, "PAŞA Bank Gürcüstan" isə 311 nəfərlik kollektivə malik olub.
BANK BÖYÜYÜB
2020-ci illə müqayisədə 2021-ci ildə "PAŞA Bank Azərbaycan"ın cəmi aktivləri 16,5% artaraq 6 milyard 426 milyon 856 min manata çatıb. Bank 2020-ci ilin sonunda 5 milyard 516 milyon 391 milyon manat cəmi aktivlərə malik idi. Faiz qazandıran aktivlərin ümumi aktivlərdə payı 75.7%-dən 77.2%-ə yüksəlib.
"PAŞA Bank"ın müştərilərə verdiyi cəmi kreditlər 2021-ci ilin sonunda 2 milyard 632 milyon 4 min manata çatıb.
Əlavə edək ki, "PAŞA Bank Azərbaycan"ın cəmi aktivləri 31 Mart 2021-ci il tarixində 7 milyard 125 milyon 450 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)




.jpg)





