Bakıda temperatur iqlim normasından 7 dərəcə yüksək olub
Aprelin 30-u saat 10:30-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarında Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Göygöldə 25.0 mm, Sarıbaşda (Qax) 13.0 mm, Zaqatalada 12.0 mm, Balakən, Oğuzda 8.0 mm, Daşkəsəndə 7.0 mm, Gədəbəydə 5.0 mm, Kişçay (Şəki), Şahbuzda 4.0 mm, Qrız, Lerik, Culfada 3.0 mm, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Qusarda 2.0 mm, Naxçıvan, Şərur, Ordubad, Ağdərə, Naftalan, Şəmkir, Tovuz, Xaltan, Tərtər, Bərdə, Yevlax, İmişli, Yardımlı, Lənkəranda 1.0 mm-dək olub.
Saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35 radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla birlikdə xırda dənəli dolu düşüb.
Aprelin 29-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu aprelin 29-da Bakıda iqlim normasından 7.0° yüksək olub, Bakıda və Abşeron yarımadasında 24-29° isti, Naxçıvan MR-da 21-28° isti, dağlıq rayonlarda 12-18° isti, aran rayonlarında 27-32° isti olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























