“Keşlə”nin adı rəsmən dəyişdirildi - “Şamaxı” oldu
Peşəkar Futbol Liqası (PFL) “Şamaxı”nı “Keşlə”nin tamhüquqlu xələfi kimi rəsmən qəbul edib.
Bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, “Keşlə” ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və PFL-ə müvafiq qaydada rəsmi müraciət edib. Bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı”nı tamhüquqlu xələf olaraq qəbul edib. “Şamaxı” ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.
Qeyd edək ki, bu komandanın adı 3-cü dəfə dəyişikliyə məruz qalıb. 1997-ci ildə yaranan və 1999-cu ildən güclülər dəstəsində oynayan “Xəzər Universiteti” 7 il sonra - 2004-cü ildə “İnter” adlanmağa başlayıb. Komanda 2017-ci ilin oktyabrından isə “Keşlə” adı altında çıxış edib.
“Şamaxı” Bakıda məskunlaşacaq
“Keşlə”nin adı dəyişdirilərək “Şamaxı” olmasına baxmayaraq, komanda hələ ki, Bakıda məskunlaşacaq.
Bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.
Çalışdırıcı bildirib ki, Şamaxı şəhər stadionunda ilk məşqlərinə aprelin 8-də çıxacaqlar: “Məşqlərimizi hələlik “ASK Arena”da keçəcəyik. “Neftçi” ilə matçdan bir gün əvvəlki məşqimiz Şamaxıda olacaq. Ümumiyyətlə, mövsümün sonuna qədər Bakıda məskunlaşacağıq. Şamaxıdakı matçlar zamanı bir və ya iki gün əvvəl ora yollanacağıq”.
Sənan Qurbanov Premyer Liqanın XXII turunda “Neftçi” ilə keçiriləcək qarşılaşma barədə də fikirlərini bölüşüb. O, Şamaxıdakı ilk görüşlərində qələbə qazanmaq istədiklərini söyləyib: “Bizim üçün məsuliyyətli oyun olacaq. Rəqib son çempiondur, gücü bəllidir. Ancaq biz də yeni arenamızdakı ilk matçımızda yaxşı nəticə qazanmağa və yerli futbol pərəstişkarlarını sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu saat 14:00-da başlayacaq.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Apasport
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
8 d. əvvəl
Müxtəlif peşə sahibləri üçün nağd kredit üzrə 7%-dək endirim kampaniyasının müddəti uzadılıb
-
21 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - "ABB İnvest" bazarın 48%-nə nəzarət edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur







.jpg)








.jpg)






