Azərbaycan şərabları gümüş və bürünc medallara layiq görüldü
İtaliyada keçirilən “Concours Mondial de Bruxelles” 24-cü Beynəlxalq şərab və spirtli içkilər müsabiqəsində Azərbaycanın “Şahnaz” şərabı gümüş, “Mədrəsə” isə bürünc medallara layiq görülüb.
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Beynəlxalq Üzüm və Şərab təşkilatı (OIV) tərəfindən İspaniyanın Kastiliya vilayətinin Valladolid şəhərində təşkil edilən “Concours Mondial de Bruxelles” 24-cü Beynəlxalq şərab və spirtli içkilər müsabiqəsində Avropa istehsalı olan 1200 şərab içərisində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən seçilib göndərilən iki şərabdan “Şahnaz” gümüş, “Mədrəsə” isə bürünc medala layiq görülüb.
Həmçinin sevindirici haldır ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri yüksəkixtisaslı dequstator kimi müntəzəm olaraq beynəlxalq dequstasiyalara hakim-dequstator qismində cəlb olunurlar. Belə ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Tariyel Pənahov bu günlərdə OIV-in elmi dəstəyi ilə İtaliyanın “Citta del Vino” Milli Assosiasiyası və RECEVIN təşkilatı tərəfindən təşkil olunan “La Selezione Del Sindaco 2017” XVI Beynəlxalq Şərab Müsabiqəsində iştirak etmək üçün İtaliyanın Tramonti şəhərində səfərdə olub. Tariyel Pənahov beynəlxalq şərab müsabiqəsinin dequstasiya komissiyasının işində hakim-dequstator qismində iştirak edib.
Azərbaycanlı mütəxəssis, həmçinin Bolqarıstanın Sofiya şəhərində keçirilən OIV-in 40-cı Ümumdünya Konqresinə və həmin təşkilatın 15-ci Baş Assambleyasına da qatılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















