970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır

AzVak-mobil_resmin_ustu_31
Lombard şirkəti  6,9 milyon manatlıq istiqraz buraxır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“GL” Açıq Səhmdar Cəmiyyəti (Sizin Lombard brendi) 6,9 milyon manatlıq istiqraz emissiyası həyata keçiririr.

Marja.az xəbər verir ki, şirkətin baza emissiya prospektinə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 69 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılıb.

İstiqrazların tədavül müddəti 7 ildir. Qiymətli kağızlar üzrə illik faiz dərəcəsi 15 faiz müəyyən edilib. Faiz ödənişləri aylıq əsasda həyata keçiriləcək.

Prospektə əsasən, hər bir istiqraz üzrə aylıq kupon gəliri 1 manat 25 qəpik olacaq. Faiz ödənişləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər ayda bir dəfə, hər ayın 30-cu günündə həyata keçiriləcək. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti iş günü aparılacaq. İstiqrazların nominal dəyəri sonuncu faiz ödənişi ilə birlikdə ödəniləcək.

İstiqrazların valyutası Azərbaycan manatıdır. Sənəddə qeyd olunur ki, istiqrazların əldə edilməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Emissiya ediləcək istiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə edilə bilər.

İstiqrazlar təmin edilməmiş formada emissiya edilir. Prospektdə qeyd olunur ki, istiqrazlar üzrə əsas borc və faiz ödənişləri ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.

İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir. Şirkət emissiyanın anderrayteri qismində emitentin bütün satış sifarişlərini hərrac zamanı Bakı Fond Birjasına təqdim edəcək və BFB-nin ticarət sistemi vasitəsilə istiqrazların yerləşdirilməsi xidmətlərini göstərəcək.

Qeyd edək ki, istiqrazların 15 faiz illik gəlirliliklə və aylıq kupon ödənişi ilə təklif olunması investorlar üçün müntəzəm pul axını baxımından cəlbedici şərt hesab oluna bilər. Bununla yanaşı, istiqrazların təmin edilməmiş formada emissiya edilməsi investorlar üçün emitentin maliyyə dayanıqlığının və ödəniş qabiliyyətinin qiymətləndirilməsini daha vacib edir.

"GL" ASC-nin nizamnamə kapitalında mühüm iştirak payına malik şəxs Quliyev Farman Eldar oğludur. Onun emitentin nizamnamə kapitalındakı payı 100 faizdir.

İş elanları AzVak.az-da

Baza emissiya prospektində “GL” ASC-nin maliyyə vəziyyətinə dair məlumatlar da yer alıb. Məlumata görə, emitentin son 3 audit edilmiş maliyyə hesabatına əsasən, şirkətin mənfəət göstəriciləri artımla davam edir və bu, onun gəlirlilik baxımından güclü mövqeyə malik olduğunu göstərir.

Auditor rəyində qeyd olunur ki, şirkətin likvidlik göstəricilərində müəyyən dalğalanmalar müşahidə edilsə də, ümumilikdə öhdəliklərin yerinə yetirilməsi imkanları riskli hesab edilmir. Son 3 ilin göstəriciləri emitentin ümumi maliyyə vəziyyətinin stabil olduğunu və artan gəlirlilik tendensiyası ilə xarakterizə edildiyini göstərir.

Məlumata əsasən, “GL” ASC-nin əməliyyat fəaliyyətindən xalis mənfəəti 2022-ci ildə 3 milyon 13 min manat, 2023-cü ildə 2 milyon 875 min manat, 2024-cü ildə 3 milyon 34 min manat, 2025-ci ildə isə 5 milyon 50 min manat təşkil edib. Beləliklə, 2025-ci ildə şirkətin xalis mənfəəti 2024-cü illə müqayisədə 2 milyon 16 min manat və ya təxminən 66,4 faiz artıb.

Prospektdə qeyd olunur ki, bu göstəricilər əsasən lombard fəaliyyəti, yəni zəmanətli kiçik məbləğli kreditlər üzrə biznes modelinin davamlı və gəlirli olduğunu göstərir.

Şirkətin cəmi aktivləri 2024–2025-ci illər ərzində 1 milyon 310 min manat artıb.

Cəmi kapital göstəricisi də artım tendensiyası nümayiş etdirib. Belə ki, emitentin kapitalı 2022-ci ildə 2 milyon 560 min manat, 2023-cü ildə 2 milyon 340 min manat, 2024-cü ildə 2 milyon 170 min manat, 2025-ci ildə isə 3 milyon 470 min manat təşkil edib.

Emitentin əsas gəlir mənbəyi olan kredit portfeli 2024-cü ildə 46 milyon 270 min manatdan 2025-ci ildə 50 milyon 830 min manata yüksəlib. Bu, kredit portfelinin 4 milyon 560 min manat və ya təxminən 9,9 faiz artması deməkdir. Göstərici şirkətin aktivlərinin genişləndiyini və kreditləşmə həcminin artdığını göstərir.

GL” ASC GL istiqraz GL ASC istiqraz buraxılışı GL Açıq Səhmdar Cəmiyyəti istiqraz emissiyası 6 9 milyon manatlıq istiqraz 69 min ədəd istiqraz 15 faiz gəlirli istiqraz manat istiqrazları faizli istiqrazlar təmin edilməmiş istiqrazlar sənədsiz adlı istiqrazlar 7 illik istiqraz aylıq kupon ödənişi kupon gəliri istiqraz gəlirliliyi investisiya alətləri qiymətli kağızlar bazarı Bakı Fond Birjası BFB INVEST-AZ anderrayter korporativ istiqrazlar Azərbaycanda istiqraz bazarı qiymətli kağız emissiyası investorlar üçün istiqraz fiziki şəxslər üçün istiqraz hüquqi şəxslər üçün istiqraz istiqraz yerləşdirilməsi istiqrazların nominal dəyəri 100 manat nominal istiqraz Quliyev Farman Eldar nizamnamə kapitalı investisiya imkanları aylıq gəlirli istiqrazlar
29.06.2026 16:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19