İKEA gəlirlərinin azalması səbəbindən 2019-cu ildən bəri ilk dəfə qiymətləri qaldıra bilər
İKEA: Qiymət artımı qaçılmazdırİsveçin IKEA şirkəti xəbərdarlıq edib ki, tədarük zəncirinin pozulması və şirkətin mənfəətinə təsir edən xərclərin artması səbəbindən 2019-cu ildən bəri ilk dəfə qiymətləri qaldırmalı ola bilər.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü "Financial Times"a müsahibəsində "Inter IKEA" şirkətinin maliyyə direktoru Martin van Dam bildirib.
"2022-ci il 2021-ci ildən asan olmayacaq, daha çətin olacaq. Bu (xərclərin artması - red), bizim mənfəətimizi böyük ölçüdə "yeyir"" - Van Dam deyib.
O bildirib ki, böyük məhsul qıtlığına səbəb olan tədarük zəncirindəki problemlər səbəbindən qiymət artımı qaçılmazdır. Şirkət artımın nə qədər olacağını hələ açıqlamayıb.
Martin van Dam vurğulayıb ki, yüksək qiymətlər müştərilər üçün mütləq yüksək məhsul xərcləri demək deyil, çünki bu, pərakəndə satıcıların bu xərcləri öz üzərinə götürmək istəyindən asılıdır. Başqa sözlə, müştərilər üçün qiymətləri qaldırıb-qaldırmayacağını mağazalar həll edəcək. Direktor, IKEA-nın "mümkün qədər aşağı qiymətlərdə qalmaq" istədiyini və zaman keçdikcə bir çox məhsulun qiymətlərini aşağı salmaqla qürur duyduğunu və bununla da əlçatanlığı artırdığını söyləyib.
Qəzetin yazdığına görə, bütün dünya üzrə IKEA mağazalarını çeşid və təchizatçıları ilə birləşdirən şirkətlər qrupu olan "Inter IKEA"nın son maliyyə ilində (2021-ci il avqustun sonuna) xalis mənfəəti 17% azalaraq 1,4 mlrd. avro təşkil edib. Lakin onlayn satışlar 6% artaraq rekord həddə - 41,9 milyard avroya çatıb. Şirkət tədarük zəncirindəki fasilələri azaltmaq üçün artıq 250 milyard avro xərcləyib.
IKEA 1943-cü ildə İsveçdə mebel və məişət mallarının satışı üzrə ixtisaslaşan pərakəndə satış şəbəkəsi olaraq yaradılmışdır.
"Inter IKEA Group", IKEA françayzilərini çeşid inkişafı və təchizatçıları ilə birləşdirən və ümumi IKEA strateji planını uyğunlaşdıran şirkətlər qrupudur.
Həmçinin oxu
Məhsulunuz müştərilərlə necə görüşür?Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























