Coca Cola da qiymət artımını mümkün sayır
Mənfəət artsa da, növbəti illə bağlı narahatlıq davam edir...Dünyanın ən çox sevilən markalarından biri olan Coca-Cola dünən cari ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq, 10,04 milyard dollara çatıb.
Pandemiyadan sonra restoran və kinoteatrların açılması da satışların artımına müsbət təsir edib. Qazlı içkilərdə artım 6%, o cümlədən Coca-Cola markasında 5%, Sprite və Fanta markalarında 7% təşkil edib.
Şirələr, süd məhsulları və bitki tərkibli içkilərdə satış 12%, idman içkilərində 5%, Costa markalı kofelərdə 19% böyüyüb. Əməliyyat marjası 30%-ə çatıb, xalis mənfəət 42% artaraq, 2,47 milyard dollar təşkil edib.
Coca-Cola 2021-ci il üzrə ümumi gəlir artımının 13-14% olacağını proqnozlaşdırır. Bununla belə, bir sıra xammal və məhsullarda həm təchizat problemləri, həm qiymət artımı xərcləri də yüksəldib. Bu baxımdan, baş direktor Ceyms Kuinsey2022-ci ildə bəzi məhsullarda defisit yaranacağını, məcburi qiymət artımlarına getməyin mümkün olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























