Facebook-un gələn həftə adını dəyişdirəcəyi bildirilir
Feysbuk şirkəti (Facebook) gələn həftə adını dəyişdirməyi planlaşdırır.
Bu barədə “Verge” portalı mənbəyə istinadən xəbər verir.
"Facebook" “metakainat" qurmağa olan diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır", - portalın saytında deyilir.
Feysbukun rəhbəri Mark Zukerberqin sözlərinə görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən "metakainat" yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.
İyulda Mark Zukerberqin virtual dünya hazırlamaq planlarının cidddiləşdiyi məlum olub. Qeyd edilir ki, istifadəçilər bu dünyada bir-birini görüb eşitməklə yanaşı, həm də fiziki olaraq da hiss edə biləcəklər. Şirkət layihə ilə məşğul olacaq komandanı da elan edib, yeni mühəndislərin cəlb olunduğunu açıqlayıb. Avqustda feysbuk, videokonfrans və ya "Oculus VR" qulaqlıqdan istifadə etməklə bağlana bilən virtual “Horrison Workrooms”u təqdim edib.
Xatırladaq ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zuckerberg tərəfindən yaradılıb. Bir müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi Ginnesin "Rekordlar" kitabına da düşüb.
Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir. Feysbuk messencer, vatsap və instaqram xidmətlərinə də sahibdir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























