Azərbaycanda onlayn müflisləşmə və ya iflas reyestri yaradılacaq
Müflisləşmə hallarında kredit ödənişləri səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda hüquqi prosedurların və qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
Bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.
Sənəddə bildirilib ki, KOS subyektlərinin müflisləşməsi məsələlərinə məhkəmə baxışını sürətləndirmək məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək. Bu orqan KOS subyektləri, banklar və digər kreditorlar arasında iflas məsələlərini də həll edəcək. Bu məqsədlər üçün müvafiq orqanlara KOS subyektlərinin fəaliyyət qabiliyyətini qiymətləndirmək, tərəflər arasında müzakirə və danışıqları təşkil etmək, borcların restrukturizasiyasında kömək etmək, fəaliyyət qabiliyyəti olmayan təsərrüfat subyektlərinin ləğvi və belə subyektlərə iddianın yönəldilməsi üzrə prosedurları sürətlə icra etmək hüquqları veriləcək. Azərbaycanda müflisləşmə prosedurları və ikinci fürsət sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə onlayn müflisləşmə və ya iflas reyestrinin yaradılması nəzərdən keçiriləcək.
Bundam əlavə, reyestrin yaradılması çərçivəsində yenidən təşkiledilmə prosedurları, eləcə də əmlak inzibatçısının funksiyaları daha da təkmilləşdiriləcək. Bundan əlavə, əmlak inzibatçılarının peşəkar iş standartları, əxlaq qaydaları və ya intizamı haqqında qaydalar yaradılacaq. “Müflisləşmə və iflas haqqında” Qanunda müvafiq dəyişikliklər hazırlanacaq, prosedurların beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkmilləşdirmələr aparılacaq. Bu təkmilləşdirmələr mübahisələrin məhkəmədənkənar həlli imkanlarını da əhatə edəcək. Reyestrin yaradılması yenidən fəaliyyətə başlamaq istəyən sahibkarlıq subyektlərinə ikinci fürsət verilməsinə imkan yaradacaq. Nəticədə KOS subyektlərinin bərpa (iflas vəziyyətindən) tempinin qabaqcıl beynəlxalq təcrübəyə müvafiq olaraq 4 faizə çatdırılması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 44 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)




.jpg)









