Azərbaycanda qaz hasilatı 15 faizə yaxıb artmıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-avqust aylarında 32,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 18,4 faiz artmışdır.
Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 1,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 14,6 faiz artmışdır.
Emal sektorunda maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 74,3 faiz, tikinti materiallarının istehsalı 64,3 faiz, əczaçılıq məhsullarının istehsalı 62,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,1 faiz, tütün məmulatlarının istehsalı 55,1 faiz, elektrik avadanlıqlarının istehsalı 53,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 52,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 44,9 faiz, kağız və karton istehsalı 28,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,3 faiz, hazır metal məmulatlarının istehsalı 10,3 faiz, neft məhsullarının istehsalı 8,7 faiz, qida məhsullarının istehsalı 6,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,8 faiz, içki istehsalı 2,9 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 4,9 faiz, mebel istehsalı 5,8 faiz, geyim istehsalı 9,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,5 faiz, poliqrafiya məhsullarının istehsalı 40,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 69,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,0 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)







