“Rabitəbank” tanınmış mütəxəssisi komandasına qatdı
"Rabitəbank" müştərilərə göstərilən xidmət səviyyəsinin artırılmasına yönəlmiş daha bir addım atıb.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, təsdiq edilmiş strateji planına uyğun olaraq bankda yeni Xidmət Keyfiyyətinə Nəzarət Departamenti yaradılıb. Bəhsikeçən departamentə direktor vəzifəsinə bu sahədə zəngin tərcübəyə malik Şəmi Əliyev təyin olunub.
Şəmi Əliyev 2008-2011-ci illər ərzində Texas A&M University-də (ABŞ) MBA üzrə təhsil alıb. Ardınca International Bank of Commerce-də (San Antonio) "fraud analyst", daha sonra isə JP Morgan Chase Bankında risk əməliyyatları üzrə mütəxəssis kimi çalışıb. Dəmir Bank, Expressbank və Yelo Bankda xidmət keyfiyyətinin yaxşılaşdırılması, proseslərin optimallaşdırılması və müştəri təcrübəsinin öyrənilməsi istiqamətində rəhbər vəzifələrdə çalışmışdır.
Şəmi Əliyev xaricdə topladığı peşəkar bilik və təcrübəsini ölkənin bir neçə qabaqcıl bankında uğurla tətbiq edib.
"İnanırıq ki, Şəmi Əliyev və onun komandası "Rabitəbank" ilə müştərilər arasında olan rabitəni daha da gücləndirəcək. Keyfiyyətli xidmət almaq hər bir müştərinin haqqıdır və "Rabitəbank" sizə məhz bu cür xidmət edir",- məlumatda deyilir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







