8,4 milyard manatı "yedik-içdik"
2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 240,6 milyon manatlıq, o cümlədən 8 milyard 381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard 859,4 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 1,9 faiz azalmışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2020-ci ilin yanvar-may aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 15 240,6 | 100,3 |
o cümlədən: | ||
ərzaq məhsulları | 7 537,6 | 102,4 |
içkilər və tütün məmulatları | 843,6 | 100,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 2 152,6 | 97,2 |
elektrik malları və mebellər | 762,3 | 90,0 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 107,5 | 106,3 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 353,9 | 134,4 |
avtomobil benzini və dizel yanacağı | 967,2 | 102,2 |
digər qeyri-ərzaq malları | 2 515,9 | 96,2 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin yanvar-may aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,4 faiz artmış, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda 12,7 faiz azalmışdır.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
24 d. əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
-
- 41 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
22 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir







.jpg)






.jpg)





