100% Şri-Lanka çayının istehsalçıları Bakıya gəlirlər
17-19 may 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri – 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgiləri keçiriləcək.
"Marja" xəbər verir ki, sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak edəcək.
MAŞINLAR ƏLDƏN GETMƏMİŞ BU FÜRSƏTDƏN YARARLANIN!
Bu il Macarıstan və Belarus Respublikası sərgidə milli stendlə çıxış edir. Dağıstan və Stavropol vilayəti sərgidə regional stendlə iştirak edirlər.
100% Şri-Lanka çayının istehsalçılarından ibarət şirkətlər qrupuna başçılıq edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi isə ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edir.
Sevindirici haldır ki, bu il yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz ixracatçıları sərgidə fəal iştirak edəcək.
Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında şokoladlı konfetlər, kolbasa məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, çörəkxana və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.
“Ipack Caspian 2017” sərgisinin iştirakçıları arasında həm birbaşa tara və qablaşdırma məhsullarını, həm də həmin məhsulların istehsalı üçün həll variantlarını təklif edən Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri var.
Təşkilatçılar sərginin işi ilə yanaşı, Bakı Ekspo Mərkəzində qida məhsulları tədarükçüləri və pərakəndə ticarət şəbəkələrinin (PTŞ) nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Bu görüşlər zamanı iştirakçılar aparıcı pərakəndə ticarət şəbəkələrinin nümayəndələri ilə birbaşa danışıqlar apara bilərlər.
Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)

