Paşinyan referendum elan etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.
Rrməni mətbuatı xəbər verir ki, tərəfdarlarının mitinqində çıxış edən erməni Baş nazirin sözlərinə görə, bu seçkilər erməni xalqının nə istədiyini göstərəcək:
“Siyasi qüvvələr erkən seçkilərlə bağlı təklifimizlə razılaşarsa, biz bu seçkilərə getməyə hazırıq. İstəyirəm ki, xalq belə bir imkanı qazansın. Mən parlamentdəki müxalifətə səslənirəm: gəlin erkən seçkilərə gedək”.
Paşinyan həmçinin, mitinq zamanı bildirib ki, oktyabrda yeni Konstitusiya və ya ona düzəlişlər barədə referendum keçiriləcək:
“2015-ci ildə qəbul edilib 2018-ci ildə qüvvəyə minən Konstitusiyada böyük çatışmazlıqlar var. Eyni zamanda o, böhran vəziyyətinin yaranması riskini daşıyır. Hesab edirik ki, yarı prezident idarəetmə formasına keçid ən yaxşı variantlardan biridir. Bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir. Referenduma qədər parlamen özü Konstitusiyanın xalq səsverməsi tələb etməyən bir neçə maddəsinə düzəlişlər edə bilər”.
Qeyd edək ki, Ermənistan 2015-ci ildə keçirilmiş referenduma əsasən 2018-ci ildə yarı prezident idarəetmə formasından parlament idarə formasına keçib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
29 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
33 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)



.jpg)








