Bakı ilə Tehran arasında telefon danışığı oldu - "İran məlumatları təkzib etdi"
“İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeyi həmişə şəffaf və aydın olub. İran qonşu Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır. İşğala son qoyulmasının bölgədə sabitliyə səbəb olacağına inanırıq”.
Bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı zamanı deyib.
O bildirib ki, İran İslam Respublikasının xarici siyasətində Azərbaycanın önəmli və özünəməxsus yeri var: “Biz həmişə hər bir fürsətdən iki ölkə arasında əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək üçün istifadə edirik”.
Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişə ilə bağlı narahatlığını ifadə edən İran Prezident Aparatının rəhbəri qeyd edib ki, son hadisələri ciddi şəkildə və diqqətlə izləyirlər: “İki ölkə arasında ixtilafların beynəlxalq qanunlar çərçivəsində sülh müzakirələri ilə həlli üçün hər növ yardım etməyə hazırıq”.
M. Vaezi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İrandan Ermənistana hərbi yüklərin göndərilməsinə dair yayılmış məlumatları da təkzib edib. O vurğulayıb ki, yayılan məlumatlar əsassızdır. İran rəsmisinin sözlərinə görə, bu cür məlumatlar ölkəsi və Azərbaycan arasında əlaqələri korlamaq məqsədilə yayımlanır: “Heç şübhəsiz Tehran və Bakı arasındakı strateji, yaxşı və hərtərəfli əlaqələrə bu kimi şayiələrin yayılması təsir etməyəcək və iki ölkənin əlaqələrini korlamaq istəyənlərin hərəkətləri heç bir nəticə verməyəcək”.
Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev bildirib ki, İran İslam Respublikası Azərbaycana dost ölkədir.
Ş. Mustafayev qeyd edib ki, hər iki ölkənin yüksək rəsmiləri Tehranla Bakı arasında dərin əlaqələrin inkişafı üçün çox zəhmət çəkiblər və hazırda bu əlaqələr çox yaxşı səviyyədədir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





.jpg)
