10 dəfə artırılır
Azərbaycanda borclunun dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakı Ədliyyə Nazirliyinin icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satılacaq.
Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı” və “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”na dəyişiklik edib.
İndiyə qədər borclunun dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakı icra qurumları tərəfindən ticarət şəbəkələrində satışa çıxarılıb. Dəyişikliklə əlaqədar müvafiq olaraq Ədliyyə Nazirliyi artıq dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri haqqında məlumatın verilməsini elektron qaydada həyata keçirəcək.
Eyni zamanda “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”na edilən dəyişikliyə əsasən icra ilə əlaqədar icra məmurlarının fəaliyyəti yoxlanılarkən dəyəri 500 manat deyil, 5000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satışının həyata keçirilməsi üçün sifarişlərin verilməsi və tələblərin təmin edilməsinin növbəliyi öyrəniləcək.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
9 d. əvvəl
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib
-
12 d. əvvəl
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim edib - VİDEO
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
2025-ci il üzrə Tədiyə balansı açıqlandı - 1 MİLYARD 444 MİLYON MANATLIQ AZALMA
-
3 saat əvvəl
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
-
3 saat əvvəl
Azərbaycana avtomobil idxalı azalıb – minik avtomobillərində kəskin geriləmə
-
3 saat əvvəl
Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
202 nömrəli marşrutun avtobuslarının bir qismi yenilənir
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Martın 18-də gözlənilən hava şəraiti
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
Azərbaycanda sənaye istehsalı 0,5 faiz artıb
"Bakı Metropoliteni"nin baş mühəndisi işdən çıxarılıb




























