Dəyəri 2 trilyon dolları keçən ilk şirkət oldu
Keçən cümə axşamı ilk kütləvi təklifi (IPO) reallaşan və dünən Səudiyyə Ərəbistanı birjası "Tadawul"da əməliyyat olunmağa başlayan "Saudi Aramco"nun səhminin dəyəri bu gün 10% artaraq 38,7 riyala (10,32 dollara) qalxıb. Beləcə, şirkətin bazar dəyəri də 2,06 trilyon dollara yüksəlib.
"Tadawul"un məlumatına görə, 32 riyaldan (8,53 dollar) əməliyat olunmağa başlayan "Saudi Aramco" səhmləri, dünən 10% artımla 35,2 riyala (9,39 dollar) yüksəlmiş və şirkətin bazar dəyəri 1,87 trilyon dollar olmuşdu.
Təxminən 3 ildir təxirə salınan "Saudi Aramco"nun səhmlərinin ilkin kütləvi təklifi keçən həftə başa çatmış, şirkət IPO-dan 25,59 milyard dollar gəlir əldə edərək rekord qırmış və bazar dəyəri 1,7 trilyon dolların üzərində təyin olunaraq dünyanın ən qiymətli şirkəti mövqesinə yüksəlmişdi.
"Saudi Aramco", IPO zamanı 1,5%-lik səhmləri üçün korporativ sərmayəçilərdən 106 milyard dollar və fərdi sərmayəçilərdən 119 milyard dollar dəyərində təkliflər almışdı.
Dünyanın ən böyük şirkəti "Saudi Aramco"nun səhmləri ikinci əməliyyat günündə də 10% bahalaşıb. Neft nəhənginin bazar dəyəri 2 trilyon dolları aşıb və 2.06 trilyon dollarlıq bazar dəyərinə çatıb.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun səhmlərinin ilk kütləvi satışı aparılmış və iki gün öncə birjada əməliyyatlar başlamışdır.
"Aramco"nun səhmləri 32 riyaldan satışa çıxmış və şirkətin bazar dəyəri həmin gün 1.7 trilyon dollar təşkil etmişdi.
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın neft şirkətinə 2 trilyon dollar qiymət qoymuşdu.
Dünyanın ən böyük şirkəti "Aramco"nun bazar dəyəri "Microsoft" və "Apple"ı geridə qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)








