İqtisadiyyata dair xəbərdarlıqlar edildi
Kredit reytinqi təşkilatı "Moody's" 2020-ci ildə qlobal iqtisadiyyatda durğunluq gözləmədiyini, ancaq iqtisadiyyatların kövrək qalmağa davam edəcəyini açıqlayıb.
Beynəlxalq kredit reytinqi təşkilatı "Moody's" qlobal iqtisadiyyata dair xəbərdarlıqlar edib.
"Marja" xəbər verir ki, təşkilat, artan siyasi və geosiyasi risklərin iqtisadi inkişafda yavaşlamaya səbəb olduğunu, iqtisadiyyatların da şoklara qarşı reaksiya vermək qabiliyyətini azaltdığını bildirib.
"Moody's" dərc etdiyi hesabatında, 2020-də iqtisadiyyatlarda aşağı istiqamətli risklərin artması, siyasi risklərin öncədən proqnozlaşdırılmaması, ticarət müharibəsi qeyri-müəyyənliyi ilə kredit reytinqi şərtlərinin zəifləyəcəyini bildirib.
2019-da 2009-dakı böhrandan bəri ən aşağı artımın qeydə alındığını vurğulayan "Moody's, qlobal iqtisadiyyatın 2020-də də kövrək qalacağını bildirib.
Hesabatda, "Qlobal iqtisadi artım dünya iqtisadiyyatının təməl "mühərrikləri" olan ABŞ ilə Çindəki yavaşlamalar ilə sönük qalacaq. İnkişaf etmiş ölkə iqtisadiyyatlarında artım yavaşlayacaq, Çindəki yavaşlama və qlobal ticarət həcminin artmasının sona yaxınlaşması ilə əksər inkişaf etməkdə olan ölkə bazarı da ortalamadan aşağı artacaq",- deyilir.
2020-də qlobal ticarət gərginliyi və davam edən himayəçilik (proteksionizm) hərəkətlərinin kredit şərtləri üçün təməl risk olacağı vurğulandıb.
ABŞ ilə Çin anlaşılmazlığı, "Brexit" qeyri-müəyyənliyi və ikili anlaşılmazlıqların təməl risklər olacağı, ticarətin pisləşməsinin qlobal təklif zəncirləri üzərində təsiri olacağı və sərmayə qərarlarına təsir edəcəyi vurğulanıb. Ticarət qeyri-müəyyənliyi davam etdikcə maliyyə bazarlarında volatilliyin də artacağı xəbərdarlığı edilib.
DURĞUNLUQ GÖZLƏNİLMİR
Təşkilat, 2020-ci ildə durğunluq gözləmir, amma ticari, siyasi və geosiyasi risklərin əhəmiyyətinə diqqət çəkib. Gələcəkdə ola biləcək bir çöküşdə, inkişaf etmiş ölkələrin maliyyə və pul siyasəti sahələrinin məhdud olacağını bildirib. Avropada və ABŞ-da durğunluq riskinin yüksək qalmağa davam edəcəyi ifadə edilib.
"Moody's" faiz nisbətlərinin aşağı, gəlir əyrilərinin də bir neçə il üfüqi qalacağını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























