Tramp sərmayəçiləri məyus etdi - NEFT UCUZLAŞIR
ABŞ Prezidenti Donald Tramp Çin ilə ticarət müzakirələri mövzusunda yeni detallar verə bilməyib. Buna bağlı olaraq məhdud ticarət razılaşmasında (müqaviləsində) irəliləyiş gözləyən sərmayəçilər məyus olublar və neft qiymətləri düşməyə başlayıb.
"Marja" xəbər verir ki, neft qiymətləri 0.8% düşdükdən sonra 0.5% də geriləyib.
Tramp, Nyu York İqtisadiyyat Klubunda etdiyi çıxışında, ticarət razılaşmasının ilk mərhələsinin yaxında imzalana biləcəyini, ancaq razılaşma olmazsa, ABŞ-ın Çin mallarına gömrük tariflərini artıra biləcəyini söyləyib.
Eyni zamanda, ABŞ-da xam neft ehtiyatlarının artması ilə bollaşan neft təklifinə dair narahatlıqlar daha da artıb.
Bakı vaxtı ilə saat 11:25-də Brent nefti 0,5% ucuzlaşma ilə 61.53 dollardan alıcı tapıb.
Neft sərmayəçiləri istehlakın artmasına kömək olacaq bir ticarət razılaşması olacağına ümid edirlər.
Eyni zamanda investorlar, gələn il bazarı vurması gözlənilən ABŞ, Braziliya və Norveçdəki istehsal artımlarını qiymətləndirirlər.
Beynəlxalq Enerji Agentliyi (IEA) son hesabatında, uzunmüddətdə, qlobal neft tələbinin, daha az yanacaq sərf edən avtomobillərin və elektrikli avtomobillərin istifadəsinin artması ilə 2030-cu il ətrafında bir durğunluğa girəcəyini qeyd edib.
Analitiklər bildirilər ki, ABŞ və Çinin gömrük tariflərini ləğv etmələri, dünyanın ticarət müharibəsi əvvəli iqtisadi vəziyyətinə qayıtmasının ən sürətli yolu olacaq və bu durum neftə tələbin artmasını dəstəkləyəcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 11 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























