"Səhvlər etdik, üzr istəyirik"
ABŞ-ın "Boeing"in şirkətinin Baş direktoru Dennis Muilenburg, İndoneziya və Efiopiyada düşən iki 737 Max təyyarəsinin istehsalında səhv etdiklərini qəbul edərək üzr istəyib.
"Marja" xəbər verir ki, ABŞ Senatının Ticarət Komitəsində, İndoneziya və Efiopiyadakı qəzalarda 346 adamın ölümünə səbəb olan 737 Max təyyarələri haqqında ifadə verən Muilenburg, senatorların suallarını cavablandırıb.
Muilenburg, təyyarə qəzalarında ölənlərin ailələrindən üzr istəyərək ''Səhvlər etdik, bəzi şeyləri səhv etdik. Kədərliyik, həqiqətən çox kədərliyik. Bir yoldaş, bir ata olaraq itkinlərinizdən dərin kədər hissi keçirirəm'' deyib.
Hər iki qəzadan da dərs çıxardıqlarını, problemləri müəyyən etdiklərini və aradan qaldırmaq üçün çalışdıqlarını söyləyən Muilenburg, istefa verməyi düşünmədiyini, əlindəki işə fokuslandığını söyləyib.
Muilenburga çətin suallar verən senatorlar isə mülki və hərbi təyyarə istehsalçısı olan "Boeing"i, qazanc əldə etmək üçün təhlükəsizliyi ikinci plana atmaqla günahlandırıblar.
Senator Demokrat Richard Blumenthal "Boeing"in problemlərin fərqində olmasına baxmayaraq ''qəsdli bir şəkildə gizlətməyi'' seçdiyini qeyd edərək, şirkəti ''uçan tabut'' istehsal etməkdə günahlandırdı.
Senator Respublikaçı Roger Wicker isə ''Hər iki təyyarə qəzasının qarşısı alına bilərdi'',- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
11 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























