Argentinada dollar alışına yeni məhdudiyyətlər
Argentina Respublikası Mərkəzi Bankı (BCRA), sərmayə məqsədli dollar alışına tətbiq edilən məhdudiyyəti aylıq 10 min dollardan 200 dollara endirib.
“Marja” xəbər verir ki, BCRA-dan verilən yazılı açıqlamada, "BCRA ölkədəki mövcud qeyri-müəyyənliyə və valyuta ehtiyatlarını qorumaq məqsədilə bir sıra tədbirlər görür. Tədbirlər, 2019-cu ilin Dekabr ayına qədər etibarlıdır. Bank hesabı olan şəxslər üçün aylıq dollar alışı 200, nağd dollar alışı isə 100 dollar olaraq məhdudlaşdırılıb",- ifadələri istifadə edilib.
BCRA, avqust ayından bu yana valyuta ehtiyatından 6 milyard dollar satıb.
Ölkədə avqustda təşkil edilən və bütün sorğu şirkətlərini yanıldan ilkin seçkidə Argentina Prezidenti Mauricio Macrinin, ölkənin yeni Prezidenti Alberto Fernandez-dən 15 faiz daha az səs yığmasının ardından bazarlar çökmüş, Argentina Pesosunun dollar qarşısındakı ucuzlaşması 30%-i aşmış və iqtisadiyyatda böyük bir geriləmə başlamışdır.
Ölkədə dünən təşkil edilən seçkidə isə Alberto Fernandez seçicilərin 48 faizinin səsini toplayaraq ölkənin yeni dövlət başçısı olub. Macrinin öndərliyini etdiyi “Hər kəs Üçün Bir yerdə Koalisiyası” 40% nisbətində səs toplayıb.
Argetina iqtisadiyyatı Cənubi Amerikada 3-cü, Latın Amerikasında isə 2-ci ən böyük iqtisadiyyatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























