Avtomobilini park etmək üçün 1 milyon dollar ödəməyə razı olan adam
Daşınmaz əmlak qiymətlərinin "əl yandırdığı" Honq Konqda bir park yeri təxminən 1 milyon dollara satılıb.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, 7.6 milyon Honq Konq Dollarına (970 min ABŞ Dolları) satılan sahə, şəhərin və yəqin ki, bütün dünyanın ən bahalı park yeridir.
Satışı edən adam keçən il bir ofis binasında ("The Center") sahə alıb sataraq doqquz ayda təxminən 900 milyon Honq Konq Dolları qazanan məşhur iş adamı Cheung Shun-yee-dir.
Satılan park yeri də eyni binada yerləşir. "The Center" binası Honq Konqda ən hündür göydələnlərindən biridir və eyni zamanda dünyadakı ən bahalı ofis qülləsidir. Buradakı bir park yerinin puluna Nyu-Yorkda Manhettanda bir otaqlı mənzil almaq olar.
"The Center"də ofis sahibi olanların bir çoxu maliyyə sektorunda və ya digər sürətli böyüyən işlərdə çalışırlar. Varlı iş adamları üçün, sahib olduqları ofislərin dəyərilə müqayisədə, 1 milyon dollara park yeri almaq "xırda" xərcdir.
"Dodaq uçuqladan" qiymətlər Honq Konqda ultra zənginlər və xalq arasındakı fərqi göstərir. Varlı ilə kasıb arasındakı gəlir bərabərsizliyinin də təkan verdiyi etirazlar aylardır davam edir və asan başa çatacaq kimi görünmür.
Lüks yaşayanlar ilə bərabər Honq Konqda beş nəfərdən biri kasıblıq həddindən aşağı yaşayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























