Avropa Birliyinin 2020 büdcəsində razılıq əldə olunmadı
Avropa Birliyi Şurası və Avropa Parlamenti (AP) 2020-ci ilin büdcəsində razılaşmadı
Avropa Birliyinin (AB) qurumları arasında 2020-ci il üçün ümumi büdcəsi məsələsində razılıq əldə olunmayıb.
AB Şurası Birliyin 2020-ci il büdcəsinə dair açıqlama yayıb.
"Marja" xəbər verir ki, açıqlamada, büdcəyə dair Avropa Parlamenti (AP) tərəfindən tələb edilən dəyişikliklərin qəbul edilməyəcəyi bildirilib.
AB Komissiyası, 2020 büdcə layihəsində, gəlirləri 168,3 milyard avro, xərcləri isə 153,7 milyard avro olaraq müəyyən etmişdi.
Üzv ölkələrin təmsil olunduğu AB Şurası, sözügedən büdcədə gəlirlərin 166,8 milyard avro, xərclərin 153,1 milyard avro olmasının tərəfdarıdır. AP isə büdcədə gəlirlərin 171 milyard avroya, xərclərin 159 milyard avroya qaldırılmasını tələb edir. Beləliklə, AB Şurası və AP arasında fikir ayrılığı yaranıb. Tərəflər, 18 Noyabra qədər ortaq bir mövqe müəyyən etməsə AB Komissiyasının 2020-ci il üçün yeni büdcə layihəsinin təqdim etməsi lazımdır.
Büdcə haqqında
Üzv ölkələr tərəfindən ortaq şəkildə müəyyənləşdirən büdcə siyasi və iqtisadi hədəfləri reallaşdırmaq üçün istifadə edilir. Büdcənin böyük bir hissəsi AB-də iqtisadi və siyasi inteqrasiyanı gücləndirməyə sərf edilir.
AB büdcəsində gəlirlər əsasən üzv ölkələr tərəfindən təmin olunan mənbələrdən, xərclər hissəsi isə kənd təsərrüfatı, iqtisadi, tədqiqat, təhsil, xarici əlaqələr, genişlənmə və inzibati xərclərdən ibarətdir.
AB büdcəsinə nəzarəti Lüksemburqda yerləşən Avropa Palatası həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 11 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























