Aktivlərindən ən yaxşı istifadə edən BOKT
2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və maliyyə hesabatını açıqlamış 36 bank olmayan kredit təşkilatı (BOKT) arasında aktivlərindən ən yaxşı istifadə edəni "İnkişaf üçün maliyyə" olub.
Belə ki, adı çəkilən BOKT-un ötən il əldə etdiyi (xalis) mənfəət onun bu il yanvarın 1-nə malik olduğu aktivlərinin 34,1%-i qədər olub.
İllik mənfəətinin aktivlərinə nisbətinə görə, 2-ci yerdə "Avrasiya-Kredit" (14,2%), 3-cü yerdə isə "Viator Mikrokredit Azərbaycan" (10,9%) qərarlaşıb.
36 BOKT arasında aktivlərindən ən pis istifadə edəni isə "Viza Kredit" olub. Onun ötənilki zərəri aktivlərinin 86,5%-i qədər olub. İllik mənfəətinin aktivlərinə nisbətinə görə, sondan 2-ci yeri "Regional" (24,9%), 3-cü yeri isə "Caspian Invest" (23,9%) tutub.
6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.
№ | BOKT-un adı | BOKT-un illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | İnkişaf üçün maliyyə | 34,1% |
2 | Avrasiya Kredit | 14,2% |
3 | Viator Mikrokredit Azərbaycan | 10,9% |
4 | Molbulak | 9,6% |
5 | Kəpəz | 8,2% |
6 | TBC Kredit | 8,0% |
7 | Embafinans | 6,2% |
8 | Qafqaz Kredit | 5,6% |
9 | Kredit Servis | 5,2% |
10 | İdeal Kredit | 3,2% |
11 | Kredaqro | 2,8% |
12 | Brand Credit | 2,7% |
13 | Azmikroinvest | 2,6% |
14 | Finex Kredit | 2,0% |
15 | Finoko | 2,0% |
16 | Azərbaycan Mikro-Kredit | 1,9% |
17 | Azinvestkredit | 1,9% |
18 | Merkuri | 1,8% |
19 | FİNKA Azərbaycan | 1,7% |
20 | Premier Kredit | 0,9% |
21 | Effektinvest | 0,6% |
22 | İcraçı Kredit Agentliyi | 0,3% |
23 | İDK | 0,3% |
24 | Aqrarkredit | 0,0% |
25 | Pro Kredit | 0,0% |
26 | International | -0,2% |
27 | Omni Finance | -0,7% |
28 | Para | -2,0% |
29 | Finans İnvest | -5,9% |
30 | PSG Finans | -6,5% |
31 | Kredex | -6,8% |
32 | Falcon Finance | -12,5% |
33 | TCF | -19,7% |
34 | Caspian Invest | -23,9% |
35 | Regional | -24,9% |
36 | Viza Kredit | -86,5% |
37 | Aset Maliyyə Texnologiyaları | - |
38 | Birkart | - |
39 | MJ Financial Services | - |
40 | Asel Kredit | Açıqlamayıb |
42 | City Finance | Açıqlamayıb |
41 | Ecofinance | Açıqlamayıb |
43 | Fintrend | Açıqlamayıb |
44 | Gold Finance | Açıqlamayıb |
45 | Union Kredit | Açıqlamayıb |
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Renkinq"
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 3 saat sonra
-
-
7 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
12 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























