Elektrikli avtomobil satışları İyulda ilk dəfə azalıb
Qlobal elektrikli avtomobil satışları müasir tarixdə ilk dəfə İyul ayında Çinin subsidiyaları azaltmasının ardınca düşərək, hökumət yardımlarının inkişaf etməkdə olan bu bazardakı vacib rolunu göstərib.
"Marja" xəbər verir ki, bazar araşdırma şirkəti "Sanford C. Bernstein"in Çərşənbə günü verdiyi açıqlamaya görə, İyun ayı ilə müqayisədə İyulda dünya üzrə aylıq elektrikli avtomobil satışları 14 faiz düşərək 128 minə enib. Satışlar Çin və Şimali Amerikada geriləyib, Avropada yüksəlib.
Ən böyük elektrikli avtomobil istehsalçısı və ən böyük bazara malik Çindəki artım sürəti, elektrikli avtomobillərə hökumət yardımlarının azalması və yavaşlayan iqtisadiyyatın istehlakçı seçimlərinə təsirilə aşağı düşür.
"Sanford C. Bernstein"a görə, qlobal elektrikli avtomobil bazarı ilin ilk yeddi ayında 35 faiz artıb. Şirkətin proqnozlarına görə, il sonunda artım faizi 48-ə çataraq 2.4 milyon vasitədən 2.9 milyona yüksələcəkdir.
Bernstein, "İlin ikinci yarısında qısamüddətli zəiflik gözlənilməsinə baxmayaraq, uzun perspektivdə elektrikli avtomobil tələbinə müsbət baxırıq",- bildirib.
"Tesla Inc" İyul ayında 20 min avtomobil satışı ilə bazara rəhbərlik edib. Tesla-nın ardınca amerikalı milyarder Uorren Buffet tərəfindən dəstəklənən Çin şirkət "BYD Co." gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























