“Expresspay” uğurlu fəaliyyətinin 5-ci ilini qeyd edir
(®) Hər zaman müştərilərin rahatlığını düşünən, rəqəmsal texnologiyaları tətbiq edərək alternativ satış kanallarının inkişafı istiqamətində müxtəlif fəaliyyəti ilə seçilən Azərbaycanın aparıcı banklarından biri Expressbank bu il bu istiqamətdə aparılan öz uğurlu layihələrindən biri Expresspay ödəmə sisteminin fəaliyyətinin 5 –ci ilini qeyd etdi.
“ExpressPay” ödəniş sistemi müştərilərə təqdim etdiyi unikal xidmətlərlə bankın 2018- ci ilin hesabatına əsasən dövriyyəsini iki dəfə artırmışdır və bununla 5 il ərzində bu sistem özündə 300-dən çox müxtəlif onlayn xidmətləri uğurla birləşdirib müştərilərin istifadəsinə təqdim etmişdir.
“Expresspay” ödəniş terminallarının sayı 700-ü keçərək ölkəmizin ən ucqar rayonlarında da quraşdırılaraq, müştərilərin artan ödəniş tələbatlarını rahat və operativ şəkildə 24/7 rejimdə təmin etmişdir.
5 illik fəaliyyəti müddətində müştərilərin rahatlığı üçün https://expresspay.az/ ödəniş portalını və mobil tətbiqini istifadəçilərə təqdim edən Expresspay ödəniş terminallarını, mobil tətbiqi və elektron pul kisəsini özündə birləşdirən yeganə ödəniş sisteminə çevrilmişdir.
Expressbank 2018- ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanmışdır. Bu uğurun əldə olunmasında nağdsız ödənişlərin inkişafının təbliğinə dəstək verən, geniş şəbəkəyə malik olan “Expresspay” layihəsi xüsusi rol oynamışdır.
Bununla kifayətlənməyərək “Expresspay” ödəniş sistemi müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün ödəniş terminallarının xidmətlərinin inkişafı və artımı istiqamətində addımlar atmaqda davam edir.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
59 d. əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
11 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
























