Azərbaycanda lizinqin "qara bazarı" yaranacaq
Azərbaycanda gələn ildən etibarən lizinq əməliyyatlarına qoyulacaq məhdudiyyətlər Vergilər Nazirliyində lizinq şirkətlərinin nümayəndələri və müstəqil ekspertlərin görüşündə müzakirə edilib.
Görüşdə Vergilər Nazirliyi gələn ildən etibarən lizinq əməliyyatlarına qoyulacaq məhdudiyyətlərin səbəbini açıqlayıb.
Tədbirdə nazirliyi təmsil edən baş idarə rəisi Ələkbər Məmmədov Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı lizinq şirkətlərinin əsas narazılığına – lizinq əməliyyatlarının məhdudlaşdırılmasına – cavabında bildirib ki, maliyyə lizinqi yalnız sahibkarlığın inkişafı üçündür.
Ə.Məmmədov bildirib ki, bəzi şəxslər lizinqdən sui-istifadə edirlər, hətta məişət əşyalarını telefon və ev əşyalarını da lizinqlə alır və bundan sahibkarlıq məqsədi üçün deyil, evdə istifadə edirlər.
Cavabında görüşdə ihtirak edən ekspertlər ona xatırladıblar ki, ölkə qanunvericiliyinə görə, lizinqin məqsədi sahibkarlığın inkişafı deyil, bütün ölkə vətəndaşları üçün yaradılan imkandır.
Görüşdə bildirilib ki, hazırda əsas lizinq bazarı avtomobillərdən ibarətdir, yəni lizinq əməliyyatlarının böyük hissəsi avtomobillərin alınması ilə bağlıdır. Avtomobillərin alınması üçün bank kreditlərinə qoyulan tələblərə əsasən avtomobil alan tərəf 50% ilkin ödəniş verməlidir, nəticədə avtomobil alınması üçün əsas vasitə lizinqdir.
Lizinq şirkətləri bildiriblər ki, lizinq şirkətlərinə belə məhdudiyyət qoyulanda boşluq kiminsə tərəfindən doldurulacaq. Yəni hər hansı imkanlı şəxs lizinqin qeyri-leqal forması ilə məşğul olacaq: "Yəni qeyri-leqal lizinq işə düşəcək, maşını aylıq və ya rüblük etibarnamə ilə satacaqlar".
Tədbirdə lizinq şirkətləri onu da xatırladıb ki, belə məhdudiyyət şirkətləin fəaliyyətinəç və onların ödədiyi vergilərə mənfi təsir edəcək.
Görüşdə tətbiq edilən məhdudiyyətlərin asanlıqla aşıla biləcəyi də bildirilib. Deyilib ki, bundan sonra adamlar sadəcə VÖEN alıb maşını lizinqə götürəcəklər. Üstəlik, belə üsulla alınan mahınlar da yenə də sahibkarlıq məqsədilə deyil, şəxsi məqsədlərlə istifadə edilə biləcək. Belə olan halda məhdudiyyət nəyə xidmət edir? Cavabında VN rəsmiləri bildirib ki, VÖEN-in açılması vətəndaşların gəlir və xərclərinin şəffaflaşmasına səbəb olacaq.
Görüşdə lizinq obyekti olan maşınların Azərbaycana gətirildiyi vaxt onların ƏDV-dən azad olunması məsələsi də qaldırılıb. Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, belə avtomobillər ölkəyə gətiriləndə ƏDV-dən azaddır.
Amma lizinq şirkətləri bildirib ki, Gömrük Komitəsi belə avtomobillərdən də ƏDV tutur. VN nümayəndələri isə bu məsələnin nazirliyə aid olmadığını bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 saat sonra
- 3 d. əvvəl
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 28 d. əvvəl
- 38 d. əvvəl
-
41 d. əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)
.jpg)







.jpg)






