Gəmi sürmək üçün sürücülük vəsiqəsi veriləcək - Qərar
Baş nazir Novruz Məmmədov “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nın təsdiq edib.
“Marja” xəbər verir ki, qaydalara görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədi ilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən gəmi sürücülərinə gəmiləri idarə etmək üçün sürücülük vəsiqələri verir.
İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.
İmtahan biletləri tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.
Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübi hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.
İmtahanlar komissiya üzvləri tərəfindən tədris proqramı əsasında keçirilir.
Nəzəri imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir. İmtahan biletinin 10 test sualından ən azı 9-nu düzgün cavablandıran “məqbul”, 8 və daha azını düzgün cavablandıran isə “qeyri-məqbul” qiyməti alır.
İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə 10 (on) gün müddətində sürücülük vəsiqəsi verilir.
Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.
6.3. Sürücülük vəsiqəsində aşağıdakı gəmi tipləri qeyd edilir:
6.3.1. stasionar mühərrikli qayıq;
6.3.2. asma mühərrikli qayıq;
6.3.3. yelkənli qayıq;
6.3.4. yelkənli mühərrikli qayıq;
6.3.5. hidrosikl.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)



