Palatada “Commerzbank” ilə görüş
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Commerzbank AG”-nin nümayəndə heyəti ilə görüş keçirilib.
Palatadan “Marja”ya daxil olmuş məlumata görə, görüş zamanı Palatanın fəaliyyəti və bank sektorunda mövcud vəziyyət, maliyyə sektorunun inkişafına dair görülmüş işlər, çirkli pulların yuyulması ilə mübarizə və komplayens, eləcə də digər məsələlər müzakirə olunub.
Qarşılıqlı müzakirələr və beynəlxalq təcrübəyə yönəlik təkliflərlə zəngin olan görüş zamanı Palatanın Baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Azərbaycanda prioritet olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində hazırda iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi bank sektorunun da aktivliyi bərpa olunub, artım trendi davamlı dinamika nümayiş etdirir. Bildirilib ki, Azərbaycanda iqtisadi artım tempi beynəlxalq təşkilatlar və reytinq agentliklərinin proqnozları ilə uyğunluq təşkil edir.
Yerli banklarla müxbir münasibətlərin inkişaf perspektivlərinə toxunan “Commerzbank AG”-nin nümayəndə heyətinin rəhbəri cənab Holger Kautzky çıxışı zamanı bildirib ki, təmsil etdiyi qurumun Azərbaycan Respublikasının Mərkəzi Bankı da daxil olmaqla 7 bankla müxbir münasibətləri mövcuddur. Cənab Kautzky komplayens tələblərinin beynəlxalq standartlara uyğunluğunu, eyni zamanda PL/TMM Qanunun tələblərinin yerinə yetirilməsi çərçivəsində həyata keçirilən tədbirləri, daxili nəzarət sistemlərinin effektivliyinin artırılması istiqamətində Palata tərəfindən görülmüş işləri yüksək qiymətləndirmiş və Azərbaycan bankları ilə müxbir münasibətlərin daha da inkişaf etdirilməsi üçün birgə əməkdaşlıq etmək niyyətini bildirib.
Bundan əlavə, görüş zamanı sektorun digər aktual məsələləri də müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























