Gömrükdən Avqust rekordu - 322 MİLYON MANAT YIĞIB
2018-ci ilin Avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 329 milyon 805 min manat daxil olub. Bu, ən yüksək aylıq göstərici olmaqla bərabər, İyul ayı ilə müqayisədə 2,4% çoxdur. Belə ki, İyulda Komitənin xətti ilə dövlət büdcəsinə daxilolmalar 322 milyon 161 min manat təşkil etmişdi.
"Marja" Komitəyə istinadən xəbər verir ki, 2017-ci ilin Avqust ayı ilə müqayisədə dövlət büdcəsinə daxilolmalar 17,7% artıb. Ötən ilin Avqust ayında Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 280 milyon 128 min manat köçürmüşdü.
Cari ilin avqust ayında gömrük rüsumları üzrə 85 milyon 936 min manat, ƏDV üzrə 220 milyon 235 min manat, aksizlər üzrə 20 milyon 48 min manat, yol vergisi üzrə 3 milyon 585 min manat toplanıb.
8 AYDA İLLİK MÜQAYİSƏDƏ 33% ARTIB
Yanvar-avqust dövründə (8 ay ərzində) isə Dövlət Gömrük Komitəsi hesabına dövlət büdcəsinə 2 milyard 271 milyon manat vəsait daxil olub (33% artım). Ötən ilin eyni dövründə bu məbləğ 1 milyard 708 milyon manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























