Azərbaycan Qazaxıstanın qərb hissəsində Ticarət Evi açacaq
Aərbaycan Aktauda (Qazaxıstan) Ticarət Evi açacaq. Bunu AZPROMO-nun prezidenti vəzifələrini icra edən YusifAbdullayev deyib.
“Aktau şəhərində Azərbaycan Ticarət Evinin açılışı olacaq”, - Y.Abdullayev bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin sonuna kimi Azərbaycan qeyri-neft sektorunun məhsullarının irəlilədilməsi məqsədilə 9 ixrac missiyası təşkil etməyi planlaşdırır. “Missiyalar Monqolustan, Türkiyə, Bolqarıstan, Çin, Almaniya, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanına təşkil olunacaq”, Y.Abdullayev vurğulayıb.
Hazırda Belarus, Ukrayna və Latviyada Ticarət Evləri fəaliyyət göstərir.
Yusif Abdullayev məlumat verib ki, 2018-ci ilin noyabr ayında Şanxayda (Çin) Azərbaycan Şərab Evi açılacaq.
Y.Abdullayevin sözlərinə görə, 13-15 noyabr tarixlərində Şanxayda keçiriləcək sərgidə şərab istehsalı sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti təmsil olunacaq.
O əlavə edib ki, Luçjou şəhərində Azərbaycan pavilyonu açılacaq və burada Azərbaycan məhsulları satılacaq. “Pavilyonun sentyabrın 28-də açılması planlaşdırılır”, - deyə Y.Abdullayev qeyd edib.
Xatırladaq ki, ötən həftə Çinin Urumçi şəhərində ilk Azərbaycan Şərab Evi açılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)





.jpg)



