“Azərsu”yun investisiyaları 3,3 milyard manatı keçib
31 Dekabr 2017-ci il tarixinə “Azərsu”yun dövlət zəmanəti ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilmiş investisiyaları 1 milyard 61 milyon 391 min manata çatıb.
“Marja” “Azərsu” ASC-nin hesabatına istinadən xəbər verir ki, bu, 272 milyon 148 min manat və ya 34,5% çoxdur. 2016-cı ilin sonunda dövlət zəmanəti ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilmiş investisiyalar 789 milyon 243 min manat təşkil etmişdi.
Ötən il dövlət büdcəsindən maliyyələşdirilmiş investisiyalar isə 526 milyon 643 min manat və ya 23,5% artaraq 2 milyard 765 milyon 200 min manata çatıb.
“Azərsu” ASC-nin cəmi investisiyaları 3,3 milyard manatı keçib.
“Azərsu” kreditləri Dünya Bankı, KfW, Natixis, Asiya İnkişaf Bankı (AİB ) və Azərbaycan Beynəlxalq Bankından (ABB) cəlb edib. Dünya Bankı və KfW –dən kredit illik 0.75%-lə, Natixis-dən illik 2.45%-lə, AİB-dən 2.5%-lə, ABB-dən isə 1%-lə cəlb edilib.
31 Dekabr 2017-ci il tarixində “Azərsu”yun cəmi kredit borcu 238 milyon 805 min manat təşkil edib. 31 Dekabr 2016-cı il tarixində bu məbləğ 421 milyon 929 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
27 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
31 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 54 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib



















