“İnvestAZ”ın mənfəətində ikiqat artım
“İnvestAZ İnvestisiya Şirkəti” QSC 2018-ci ilin birinci yarısını 888 min 544 manat xalis mənfəətlə başa vurub. Halbuki, QSC 2017-ci ilin eyni dövründə 438 min 401 manat xalis mənfəət əldə etmişdi. Qısası, şirkətin xalis mənfəəti 2 dəfədən çox artıb.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyun dövründə “İnvestAZ”ın cəmi gəlirləri 2 milyon 346 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,3% çoxdur. “İnvestAZ” 2017-ci ilin birinci yarısında 1 milyon 428 min manat cəmi gəlir əldə etmişdi.
Cari ilin birinci yarısında cəmi gəlirlərin 2 milyon 172 min manatını və ya 92,5%-ni likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirləri təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamət üzrə gəlir 59,7% artıb. Şirkət 2017-ci ilin birinci yarısında likvidliyin təminatı xidmətləri üzrə 1 milyon 360 min manat komissiya gəlirləri əldə etmişdi.
Həmçinin, cari ilin birinci yarısında broker xidmətləri üzrə komissiya gəlirləri 86454 manat, digər komissiya gəlirləri 45476 manat, dividend gəliri 21600 manat, tədris xidmətləri üzrə gəlirlər 12994 manat, xarici valyuta ilə dilinq əməliyyatlarından gəlir 7997 manat təşkil edib. Bütün istiqamətlər üzrə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
"İnvestAZ"ın haqq və komissiya xərcləri 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 521 min 783 manat təşkil edib. İnzibati və digər əməliyyat xərcləri isə 24,4% artaraq 840 min 92 manata yüksəlib. Xərclər çıxıldıqdan sonra 984 min 632 manat əməliyyat mənfəəti qalıb. Ötən ilin eyni dövründə bu rəqəm 517 min 245 manat idi.
Məzənnə fərqindəki zərərə görə "İnvestAZ"ın əməliyyat mənfəəti 883 min 674 manata düşüb. 4880 manat mənfəət vergisi krediti daxil investisiya şirkəti 2018-ci ilin birinci yarısını 888 min 544 manat xalis mənfəətlə bağlayıb.
ŞİRKƏT BÖYÜYÜB
30 İyun 2018-ci il tarixində "İnvestAZ" 8 milyon 885 min manat cəmi aktivlərə malik olub. 30 İyun 2017-ci il tarixində Şirkətin 6 milyon 565 min manat cəmi aktivləri var idi.
"İnvestAZ"ın bölüşdürülməmiş mənfəəti hesabına cəmi kapitalı 2 milyon 489 min manata çatıb. Şirkət ötən bilin birinci yarısında 1 milyon 170 min manat cəmi kapitala malik idi.
Son bir ildə müştərilərinin "İnvestAZ"a kreditor borcları 17,8% artaraq 6 milyon 644 min manata qalxıb. Müştərilər "İnvestAZ"ın kredit çiyni ilə qlobal maliyyə bazarlarında ticarət aparırlar. Müştərilərin kreditor borclarının artması Şirkətin sistemi ilə əməliyyatların və ya əməliyyat aparan müştərilərin sayının artdığına işarədir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 15 saat sonra
- 13 saat sonra
- 1 saat əvvəl
-
-
4 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
4 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
5 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 5 saat əvvəl
-
6 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş




















