Bank Respublika ipoteka portfelini artırdı
Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublikanın fəaliyyətinin mühüm istiqamətlərindən biri olub. Hal-hazırda bank ipoteka kreditləşməsi sahəsində aparıcı mövqeyini qoruyub saxlayır və bu istiqaməti fəal inkişaf etdirir.
2018-ci ilin 6 ayının yekunları üzrə Bank 6 milyon manat məbləğində 71 ipoteka krediti verib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur. Bununla bərabər ipoteka portfeli 22% artaraq 34 milyon manat təşkil edib.
“Bu göstərici, ipoteka kreditləşməsi prosesində iştirak edən Bankın hər bir işçisinin səmərəli işinin nəticəsidir. İpoteka bank biznesinin pərakəndə seqmentində mühüm istiqamətlərdən biri sayılır.Biz müştərilərin ehtiyaclarını yaxşı bilirik və onları kreditlə ev almaq üçün ən cəlbedici şərtlərlə təmin etməyə hazırıq.İpoteka krediti müştəri ilə bank arasında uzunmüddətli qarşılıqlı əlaqələri nəzərdə tutur, buna görə də müştəriyə tariflər üzrə əlverişli şəraitlə yanaşı yüksək keyfiyyətixidmətin təklif edilməsi xüsusilə vacibdir” – deyə bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd etdi.
Bank Respublika müştərilərinə əlverişli şərtlərlə ipoteka krediti almaq imkanı verir. Mənzil almaq istəyənlər mənzil qiymətinin ilkin ödənişinin 25% -ni ödədikdə, 150 min manata qədər kredit ala biləcəklər. İpoteka kreditləri 7% -dən başlayan illik faiz dərəcəsi ilə verilir.
Qeyd edək ki, Bank Respublika Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli banklarından biridir. İpoteka kreditləri bankın bütün filiallarında verilir.
Bankın ipoteka kreditinin üstünlüklərindən biri də Mobil Şöbə və İnternet Şöbə xidmətlərindən pulsuz istifadədir. Bu xidmətlər sayəsində asanlıqla və banka gəlmədən ipoteka kreditini ödəyə bilərsiniz. Avtomatik ödəniş xidməti eyni zamanda ödəmənin hər ay xatırlanması zərurətini aradan qaldıracaq, lakin ödəmənin təyin edilmiş məbləğə və ödəniş tarixinə uyğun olaraq avtomatik olaraq ödənilməsini təmin edəcəkdir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























