“AzəriKard”: Böyük bir layihəyə start vermişik
"Biz bu günlərdə, mərkəzin daha dayanıqlı, stabil və fasiləsiz fəaliyyətini təmin etmək üçün böyük bir layihəyə start vermişik. Gəncə şəhərində yerləşən ehtiyat mərkəzimizin tam yenidən qurulması, Bakıda yerləşən prosessinq meydançanın Gəncədə bütövlüklə təkrarlanması və bunun ilə belə prosessinq fəaliyyətinin istənilən fövqəladə halında ən operativ şəkildə bərpası bu layihə çərçivəsində mümkün olacaq".
Bunu “AzəriKard” prosessinq mərkəzinin baş direktoru Fərid Quliyev bildirib.
O qeyd edib ki, həm ehtiyat mərkəzinin müasirləşdirilməsi və yenidən qurulması layihəsi, həm təhlükəsizliyin və dayanıqlığın yüksək keyfiyyət ilə təmin olunması çox böyük vəsaitlər tələb edir. Lakin bizim üçün bu prioritet istiqamətlərdir.
Fərid Quliyev əlavə edib ki, Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş verən qəzanın Mərkəzin fəaliyyətinə heç bir təsiri olmayıb: "İş ondadır ki, mərkəzimiz elektrik enerjisi ilə fasiləsiz olaraq təmin edilir. Bu həm əsas və ehtiyat elektrik kabelləri ilə, həm də bizə lazım olan həcmdə elektrik enerjisini təmin edə biləcək generatorlar vasitəsi ilə həyata keçirilir. Ümumiyyətlə Mərkəz, fəaliyyətini istənilən fövqəladə hallarda ən qısa zamanda bərpa edilməsi üçün bütün vasitələrə malikdir.
Bir az əvvəl qeyd etdiyim kimi, bankların kart sahəsinin fəaliyyəti heç dayanmamışdır, çünki mərkəzin fəaliyyəti, qəzaya baxmayaraq, stabil şəkildə davam edirdi. İstisna hallar, elektrik enerjinin verilməsindən birbaşa asılı olan bir sıra bankomatların fəaliyyət göstərməməsidir, bu da, bankomatlarda quraşdırılan uzunmüddətli çalışan UPS avadanlıqları sayəsində həll oluna bilən problemlərdir".
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























