Azər Türk Bank əmanətlərin müddətini və faizini artırdı
(®) Dövlət bankı Azər Türk Bank mövcud tələbatı nəzərə alaraq müştərilərinə əmanətlər üzrə yeni məhsul təqdim edir.
Artıq Bankda 36 ay müddətinə yüksək faizlə depozit yerləşdirmək mümkündür. Bank “Klassik” əmanəti adı altında müştərilərinə 6 aydan başlayaraq, 3 il müddətinə qədər əmanət yerləşdirmək imkanı yaradır. Ətraflı: http://www.azerturkbank.az/deposits/classic/info/
Yeni məhsul olan 36 aylıq əmanətə görə, müştəri faizlər aylıq ödənildikdə illik 9,5%, müddətin sonunda ödənildikdə isə illik 10% gəlir əldə edir.
Qeyd edək ki, bu müddətə cəlb edilən əmanətlər, minimal məbləğ 500 AZN olmaqla, yalnız milli valyutada qəbul edilir. Digər müddətli əmanətlər isə manat, avro və ABŞ dollarında qəbul olunur.
“Klassik” əmanəti üzrə müştəriyə şəxsi istifadə, aylıq depozit faizlərinin əldə edilməsi və ya kredit xəttindən faydalanmaq üçün üçillik xidmət müddəti ilə bir ədəd plastik kart hədiyyə edilir.
Azər Türk Bankda yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
“Klassik” əmanəti haqqında daha ətraflı məlumatı http://azerturkbank.az/deposits/classic/info/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























