Trampın İran qərarının arxasında neft lobbisi var?
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) keçmiş nümayəndəsi Mithat Rende, ABŞ Prezidenti Donald Trampın İran qərarının şist qazı lobbisi ilə də əlaqəli ola biləcəyinə deyib.
ABŞ Prezidenti Donald Trampın qərarı ilə ölkəsinin İran ilə 2015-ci ildə bağlanmış nüvə müqaviləsidən çıxmasından sonra neft qiymətlərində bahalaşma müşahidə olundu və Brent nefitinin qiyməti 80 dolları keçdi.
"Marja" xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) keçmiş nümayəndəsi Mithat Rende Trampın qərarını qiymətləndirib.
Rende, Trampın İran qərarı ilə əlaqədar olaraq, "Trampı çox dəstəkləyən Hyuston neft lobbisi neftin qiymətinin yüksək qalmasını istəyir" - deyib və sözlərinə belə davam edib:
"Çox kritik bir vəziyyət söz mövzusudur. Prezident Trampın nüvə müqaviləsindən birtərəfli çıxmasının nəticələrini görürük. Həm geosiyasi risklər artır, həm də enerji bazarlarına çox ciddi təsirləri olacaq. Prezident Trampın bu siyasəti ilk növbədə İsrailin və Səudiyyə Ərəbistanının Yaxın Şərqdəki prioritetlərinə, strategiyalarına xidmət edir.
Bilirsiniz ki, bir müddət öncə ABŞ-ın Milli Strategiya sənədi dərc olunub. O sənəddə İsrail və Səudiyyə Ərəbistanı Amerikanın birgə tərəfdaşları olduğu qeyd edilib. Əvvəla, onların prioritetləri ilə hərəkət edildiyi təəssüratı verilir. İran təhdid kimi göstərilir. Bir də enerji tərəfi var. Prezident Trampın enerji siyasəti çox əhəmiyyətlidir. Belə ki, ABŞ çox əhəmiyyətli bir LNG (Liquified Petroleum Gas - Mayeləşdirilmiş neft qazı) ixracatçısı kimi ortaya çıxır. Şist qazının qazanclı olması və şist qazı hasilatına investisiyaların davam etməsi üçün neftin 70 dollar və daha yuxarı qalmasını istəyən şist qazı lobbisi var. Trampı çox dəstəkləyən Hyuston neft lobbisi də neftin yüksək qiymətlərdə qalmasını istəyir. Bu səbəbdən də bir müddət öncə Qətər vuruldu. Bunun səbəblərindən biri də Qətərin dünyanın LNG ehtiyacının 30%-dən çoxunu ödəməsi və çox böyük bir aktyor olmasıdır.
Ondan sonra Tramp Şimal Boru Xəttinə etiraz etdi. Sonra da Türk Axınına etiraz etdi. Yəni, əlbəttə Trampın İran qərarının enerji və iqtisadi aspekti də var. Amerika LNG bazarının bir hissəsini almaq istəyir. LNG ehtiyacında söz sahibi olmaq istəyir. Avstraliya kimi bir çox böyük istehsalçılar ortaya çıxacaq, amma ABŞ, Avropada Rusiya qazı ilə də rəqabət etmək istəyir. Rəqabət etməsi üçün də qiymətlərin yüksək olması lazımdır. LNG-nin mənfəətli olması üçün neft qiymətlərinin yüksək olması lazımdır. Və indidən müəyyən hədəflər üzərində çalışır. Mən bu qərarın səbəblərindən birinin də enerji olduğunu düşünürəm. Yəni ABŞ-ın enerji prioritetləri də mövcuddur".
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Şist qazı nədir?
Şist qazı şist süxurlarının formalaşması nəticəsində meydana çıxan təbii qazdır. Şistlər neft və təbii qazla zəngin olan xırdadənəli çökmə süxurlardır. Son onillikdə, xüsusilə, Amerikada horizontal qazma üsulu “hydraulic fracturing”- hidroparçalanma üsulu ilə kombinə edilmiş və bunun nəticəsində də daha geniş şist süxurları ilə zəngin olan yataqlar əldə etmək mümkün olmuşdur. Bu hadisə təbii qaz sənayesi və enerji təminatının bütünlükdə dinamikasını dəyişmişdir.Təbii qazla şist qazı arasında fərq demək olar ki, yoxdur. Şist qazı neft ilə birgə hasil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
24 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
28 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
46 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)








.jpg)







