“Jack Daniels” Sarayda istehsal edilirmiş
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində xarici dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrini eyni adlar altında qanunsuz olaraq hazırlayan Bakı şəhər sakini Cabir Həsənov və qohumu Dadaş Həsənov saxlanılıblar.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxslərə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli anbara və sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya”, “Absolut” araqları, “Jack Daniels” və “Chivas regal” viskiləri, bu içkilərin hazırlanmasında istifadə edilən mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və digər avadanlıqlar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qanunsuz yolla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz, istifadəyə tam yararsız və ən əsası insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.
Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















